Ermənilər Naxçıvanda kəşfiyyat aparmaq istədi - Ordumuz qarşısını aldı

16-09-2023, 19:52   


Ermənilər Naxçıvanda kəşfiyyat aparmaq istədi - Ordumuz qarşısını aldı


Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Cebhe.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətindən qaldırılan Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus kvadrakopter Əlahiddə Ümumqoşun Ordunun Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Türkeş yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələrinin müdafiə mövqeləri üzərində kəşfiyyat xarakterli uçuş həyata keçirməyə cəhd göstərib. Hava hücumundan müdafiə bölmələri tərəfindən aşkar olunan kvadrokopter xüsusi texniki vasitələrlə endirilərək zərərsizləşdirilib.

Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.