Ermənistandakı Amerika çəkməsi: 30 il işğalı "görməyən" CNN hansı “təcavüz”dən danışır?

17-09-2023, 20:42   


Ermənistandakı Amerika çəkməsi: 30 il işğalı "görməyən" CNN hansı “təcavüz”dən danışır?


“Amerika əsgərlərinin Ermənistana sülhməramlı təlim keçmək üçün gəlməsi onilliklər ərzində keçmiş sovet respublikasının təhlükəsizliyinin yeganə təminatçısı kimi çıxış edən Rusiya hökumətini qıcıqlandırıb”. 

Cebhe.info xəbər verir ki, bunu CNN yazır. CNN bildirir ki,  bazar ertəsi başlayan 10 günlük “Eagle Partner” təlimində 85 Amerika və 175 erməni hərbçi iştirak edir. Təlim erməniləri beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlamaq məqsədi daşıyır:

“Təlim kiçik miqyasda olsa da, Rusiya Xarici İşlər Nazirliyinin ənənəvi müttəfiqi tərəfindən atılan “qeyri-dost addımlar” adlandırdığı silsilələrin sonuncusudur.

Ermənistan bu yaxınlarda ilk dəfə olaraq Ukraynaya humanitar yardım göndərib və onun parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini ratifikasiya etməyə hazırlaşır. Yəni Rusiya Prezidenti Vladimir Putin ölkəyə ayaq basdığı təqdirdə onu həbs etmək məcburiyyətində qalacaq. Halbuki Rusiya uzun müddət Ermənistana öz arxa bağçası kimi baxıb”.

CNN vurğulayır ki, Ermənistanın yeni beynəlxalq tərəfdaşlarla münasibəti “Rusiyanın onu qonşu Azərbaycanın təcavüzündən (30 illk işğalı “görməyən” CNN  Azərbaycanın ərazi bütovlüyü və suverenliyinin təmininə dair beynəlxalq hüquqa əsaslanan hərəkətlərini belə təqdim edir -red.) qoruya bilməməsi və ya istəməməsi ilə bağlı məyusluğu ilə bağlı idi”: “Bu, Rusiyanın Sovet imperiyasının keçmiş ərazilər və dövlətləri üzərində öz hakimiyyətini qoruyub saxlaya bilməsi ilə bağlı suallar doğurdu”. 

“Paşinyan 2018-ci ildə Ermənistanda “məxməri inqilab”ın fonunda hakimiyyətə gəldikdən sonra ölkə Azərbaycanla artan gərginliklə üzləşib”,-deyə yazıda vurğulanır.

“Ən qaynar nöqtə Qafqaz dağlarında dənizə çıxışı olmayan, son otuz il ərzində qonşu ölkələr arasında iki müharibəyə səbəb olan Dağlıq Qarabağdır, (CNN hələ Azərbaycanın suveren ərazisini belə təqdim edir-red.) sonuncusu müharibə 2020-ci ildə olub:

“2020-ci ilin payızında baş verən 44 günlük münaqişə Ermənistanın hərbi cəhətdən zəifliyini ortaya qoydu. 

Rusiya atəşkəslə bağlı danışıqlar apararaq müharibənin bitməsinə kömək etdi. Müqavilə Ermənistanla birləşdirən yeganə yol olan Laçın dəhlizinin mühafizəsi üçün Dağlıq Qarabağa 2 minə yaxın rus sülhməramlısının yerləşdirilməsini nəzərdə tuturdu.

Lakin Rusiya sülhməramlıları Azərbaycan qoşunlarının Laçın dəhlizi (Laçın yolu-red.) boyunca hərbi nəzarət-buraxılış məntəqəsi yaratmasına mane olmayıb. Azərbaycan blokada yaratdığını, Rusiya isə fəaliyyətsizlik ittihamlarını rədd edir”. 

Müəllif yazır ki, bəzi analitiklər Rusiyanın vasitəçilik etdiyi atəşkəs şərtlərinə əməl etməməsini onun Ukraynaya genişmiqyaslı müdaxiləsindən yayınması ilə əlaqələndirirlər.

CNN bildirir ki, Ermənistanın yeni beynəlxalq tərəfdaşlıqlar qurmaq səyləri yalnız öz təhlükəsizliyini gücləndirmək cəhdləri ilə bağlılığı, yoxsa bu səylərin Qərbə daha geniş bir dönüş təşkil etməsi hələ aydın deyil.

“Kiçik bir dövlət kimi Ermənistan üçün geridönüş, böyük geosiyasi sıçrayış etmək kifayət qədər risklidir. Biz bunun nə ilə nəticələndiyini bilirik”, - Rusiyanın xarici siyasəti üzrə ekspert və Massaçusetsdəki Stounhill kollecinin professoru Anna Ohanyan CNN-ə bildirib.

Ohanyanın fikrincə, Ermənistan Rusiya ilə əlaqələri tamamilə kəsmək əvəzinə, sadəcə olaraq öz təsirini “zəiflədir”.

Xəzər
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar