Rusiyadan Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə bağlı TƏCİLİ AÇIQLAMA

18-09-2023, 19:38   


Rusiya Xarici İşlər Nazirliyi (XİN) yüklərin Ağdam-Xankəndi və Laçın-Xankəndi yolları ilə eyni vaxtda keçməsini alqışlayır.

Bu barədə Rusiya XİN-in saytında məlumat verilib.

“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya XİN-in iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman yüklərindən ibarət partiyalar çatdırılıb. Biz maneəsiz və müntəzəm çatdırılmaların davam edəcəyini gözləyirik”, - məlumatda qeyd edilib.

Rusiya XİN rəsmi Bakı ilə Qarabağ bölgəsinin erməni sakinləri arasında dialoqun başlanmasına, eləcə də liderlər arasında Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması haqqında 2020-2022-ci illərdə imzalanmış ən yüksək səviyyədə üçtərəfli bəyanatların bütün müddəalarının həyata keçirilməsi üzrə ritmik işin bərpasının tərəfdarıdır: “Cənubi Qafqazda sülhün və sabitliyin qorunmasında tam maraqlıyıq”. (Report)

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.