Moskva təsdiqlədi, Qarabağ bitib: Ruslar bu il gedəcək

22-09-2023, 20:34   


İlham Əliyev Putinə zəng edib, Qarabağda vəziyyətin sakitləşdirilməsi, Üçtərəfli bəyanatın icrasının intensivləşdirilməsi məsələləri müzakirə edilib. Bu, istənilən vəziyyətdə Putinlə Əliyev arasında daimi konstruktiv təmas və anlaşmanın daha bir sübutudur.

Bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Vasitəçilər arasında son sözü Rusiya deyir. Putinlə Əliyev arasında söhbətə görə, indi Moskvanın köməyi ilə vəziyyətin həlli üçün çox şey razılaşdırılır. Amma hesab edirəm ki, Moskva təsdiqlədiyi üçün: Qarabağ Azərbaycandır və bu ərazidə baş verən hər şey Azərbaycan Respublikasının daxili işidir, çox güman ki, sülhməramlı kontingent bu il bu ərazini tərk edəcək. Peskov bir gün əvvəl “erməni soyqırımı” üçün heç bir ilkin şərt görmədiyini bildirib”, - o qeyd edib./Axar.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.