“SÜLHMƏRAMLILARIN QARABAĞDA SAYILI GÜNLƏRİ QALIB” – Rus deputat

5-10-2023, 18:01   



Artıq Rusiya Federasiyasının sülhməramlı kontingentinin Qarabağda müdafiə edəcəyi kimsə yoxdur.

“AzPolitika.info” xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsi rəhbərinin birinci müavini, ermənipərəst deputat Konstantin Zatulin “Danışır Moskva” radiosuna müsahibəsində deyib.

Zatulin qeyd edib ki, Azərbaycanın keçirdiyi son antiterror əməliyyatı Rusiyanın mövqelərinə zərbə vurub:“Saakyan və Qukasyanın faktiki olaraq Rusiya sülhməramlı kontingentinin qarşısında həbs edilməsi təkcə Ermənistandakı xain hökumətə deyil, həm də öz üzərimizə götürdüyümüz funksiyaya - sülhməramlılığa çox ciddi qınaqdır. Bəzi Rusiya rəsmiləri açıq şəkildə bəyan edirlər ki, ermənilərin Qarabağı tərk etməsində heç bir günahkar yoxdur. Onların fikrincə, bu, könüllü baş verən bir prosesdir. Lakin məncə bu, Rusiyanın sülhməramlı fəaliyyətini ləkələyən çirkin bir bəyanatdır”.

“Ermənilərin dağlıq Qarabağı kütləvi şəkildə tərk etməsi onu göstərir ki, artıq onlar bizim sülhməramlı kontingentimizin təhlükəsizliyi təmin edə biləcəyinə inanmırlar. Aydın məsələdir ki, sülhməramlı kontingentin Qarabağda sayılı günləri qalıb. Çünki orada heç kim qalmayıb, biz kimi qoruyacağıq? Hər halda hərbçilər azərbaycanlıların rəsmi olaraq Xankəndi adlandırdığı “stepanakert” şəhərində yol hərəkəti qaydalarına nəzarət etməyəcəklər...”- deyə, Zatulin bildirib.

K. Zatulinin iddiasına görə, Bakının son addımları Rusiyanı təhlükəyə atıb.



Deputat qeyd edib ki, artıq Gürcüstanda Abxaziya və Cənubi Osetiyanın geri alınması ilə bağlı danışıqlar başlayıb:“Onsuz da Gürcüstanda Azərbaycandan nümunə götürmək, Abxaziya və Cənubi Osetiyanı da eyni şəkildə geri almaq məsələsindən danışırdılar. Bu, təbii ki, olmayacaq, amma Saakaşviliçilər başqa yerlərdə yenidən başlarını qaldıracaqlar”.

“AzPolitika.info”




Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar