HƏMAS qüvvələri Təl-Əviv rəhbərliyinin Qəzzaya hücumlara son qoymayacağı təqdirdə əllərində olan “Tufan” raketindən istifadə edəcəklərini bəyan ediblər.
“AzPolitika.info” müharibənin gedişatını dəyişə biləcək bu raket haqqında kiçik bir araşdırma aparıb.
Qeyd edək ki, “Tufan” - idarə olunan tank əleyhinə raketi İran istehsalıdır. Raket ABŞ istehsalı olan “BGM-71 TOW” raketi əsasında hazırlanıb. HƏMAS-ın əlindəki “Tufan” raketləri isə Şimali Koreya istehsalı olan” BM-21 Qrad” raketlərinin təkmilləşdirilmiş versiyalarıdır. “Tufan” raketləri həm sabit, həm də hərəkətdə olan hədəflərə qarşı istifadə edilə bilər.
Raketin əsas xüsusiyyətlərini təqdim edirik:
- Diametr - 122 millimetr;
- Çəki - 280 kiloqram;
- Uçuş məsafəsi - 40 km;
- Döyüş başlığı - 50-70 kiloqram.
Sözügedən raket hazırda İraq, İran, Suriya və Yəmən kimi ölkələr tərəfindən istifadə olunur.
“AzPolitika.info”