PATRUŞEV BAKIYA NİYƏ GƏLİB? – “Paşinyan bunu təsadüfən deməyib...”

11-10-2023, 15:47   



“Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Bakıya gəlişi Qarabağda olan Rusiya hərbi kontingentinin gələcəyini müəyyənləşdirməklə bağlı ola bilər”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib. “Rusiya diplomatları son günlərdə açıqlamalarında hərbi kontingentin Azərbaycan ərazisində qalma müddətinin uzadılmasına işarə edirlər. Bu Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir”, - o əlavə edib.

E.Şahinoğlu xatırladır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son müsahibəsində Rusiya hərbi kontingentinin Qarabağı tərk edəcəyi təqdirdə Ermənistana yox, öz ölkəsinə qayıtmalı olduğu barədə dedikləri təsadüfi deyil: “Paşinyan bunu təsadüfən deməyib. Çünki Kreml Rusiya hərbi kontingentini Qarabağdan Ermənistandakı bazasına yerləşdirmək planını da nəzərdən keçirir. Ermənistanın Baş naziri bu haqda məlumatlıdır. Rusiya hərbi kontigentinin Ermənistandakı bazaya köçürülməsi Qərbə yaxınlaşmaq istəyən Nikol Paşinyanın maraqlarına cavab vermir”.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.