Xəbərdarlıq: Əgər Ermənistan 8 kəndi geri qaytarmasa… - Video

12-10-2023, 12:44   




08:00

Paşinyanın bu iddiaları tamamilə mənasızdır. Çünki o kəndlərin bir çoxu sərhədimizdə yerləşir.

Bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistanın Baş naziri Nikol Paşinyanın anklavlarla bağlı səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Politoloq Azərbaycanın Ermənistanın hansısa ərazisini işğal etmədiyini vurğulayıb:

“Bəlkə də bu kəndləri sadalamaqla bir balans yaratmağa çalışıb. Ermənistan cəmiyyətinə mesaj verir ki, baxın, bizim də onlarda eksklavlarımız var. Yəni dəyişiklik olanda narazılıq yaranmasın. Nəzərə almaq lazımdır ki, Paşinyan Azərbaycanın anklavlarla bağlı istəyinə cavabında “bizim bu kəndlərlə bağlı problemimiz var” deyib. Əlavə edib ki, bizim də Azərbaycanda qalan eksklavlarımız var. Ola bilsin, onu tam məlumatlandırmayıblar. Reallıqda belə fakt yoxdur ki, Azərbaycan hansısa erməni kəndlərini nəzarətə götürsün. Ya mövzudan xəbərsizdir, ya da manipulyasiya edir”.

Politoloq hesab edir ki, Ermənistan tərəfinin Qazaxın 7, Naxçıvanın 1 kəndini qaytarmamaq niyyəti onlar üçün yaxşı nəticələrə gətirib çıxarmaya bilər:

“Bu məsələləri Azərbaycan sülh yolu ilə həll etməyə çalışacaq. Ermənistan hansısa şəkildə burada güzəştə getməlidir. İrəvan heç bir halda razılığa gəlməsə, Azərbaycan bu məsələni dəfələrlə qaldıracaq. Bu, vasitəçilər qarşısında da müzakirə mövzusu olacaq. Əgər sülh danışıqlarında heç bir nəticəyə gəlməsək, hansısa lokal əməliyyatlar da gələcək perspektivdə istisna edilmir”.



Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.