Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qarabağda qalan terrorçular necə məhv ediləcək? (ŞƏRH)

12-10-2023, 14:26   



"Xuntanın tör-töküntülər məhv edilməlidir. Buna görə də onlara qarşı axtarış-əməliyyat işləri aparılır və bundan sonra da aparılmaqda davam edəcək".
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin ərazilərimizdə müəyyən qrupların hələ də gizlənməsi ilə bağlı səsləndirdiyi fikri şərh edərkən deyib.

Qabil Hüseynli bildirib ki, Prezidentin açıqlaması Qarabağın bəzi ərazilərində terrorçu dəstələrinin hələ də gizləndiyini göstərən bir faktdır:


"Yəqin ki, yüksəkliklərdə, keçilməz yerlərdə hələ də erməni silahlı dəstələri var. Onlara qarşı axtarış-əməliyyat işləri aparılır və bundan sonra da aparılmaqda davam edəcək. Bu tör-töküntülər məhv edilməlidir. Yoxsa, onlar müəyyən təxribatlara, terrora əl ata bilərlər. Azərbaycan hakimiyyət orqanları tezliklə onları tam zərərsizləşdirərək, ərazilərimizi quldur dəstələrindən tamamilə təmizləyəcək. Bu quldur dəstələrinə qarşı mübarizə uzun çəkməyəcək. Qısa zaman kəsiyində onlar ya zərərsizləşdiriləcək, ya da təslim olacaqlar. Başqa çıxış yolları yoxdur. Azərbaycan dövlətinin öz ərazisində əmin-amanlığı təmin etmək, qanunsuz silahlı tör-töküntüləri zərərsizləşdirmək üçün bütün zəruri tədbirləri görməyə haqqı və hüququ var. Heç kim buna görə ölkəmizi ittiham edə bilməz”. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən hələ də ərazilərimizdə gizlənməyə davam edən müəyyən qrupların mövcud olduğunu və torpaqlarımızın quldur dəstələrindən təmizlənməsi prosesinin getdiyini deyib.

Rüfət Sultan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar