Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

HƏMAS bu qədər silahı necə əldə edib? – ARAŞDIRMA

12-10-2023, 17:19   



Məlum olduğu kimi, HƏMAS oktyabrın 7-də İsrailə qarşı başlatdığı genişmiqyaslı hücumda minlərlə raket, çoxsaylı pilotsuz uçuş aparatları və müxtəlif növ silahlardan istifadə edib.

"AzPolitika.info" xəbər verir ki, ABŞ-ın "CNN" nəşri bu mövzuda diqqətçəkən bir təhlil dərc edib.

"CNN" sözügedən təhlil yazısında HƏMAS-ın bu qədər silahı necə topladığına dair suala aydınlıq gətirməyə çalışıb. ABŞ nəşrinə görə, bu qədər silah - hiyləgərlik, əzmkarlıq və xaricdəki xeyriyyəçilərin dəstəyi nəticəsində əldə olunub.

ABŞ və İsrail HƏMAS hücumunun arxasında İranın olduğuna dair heç bir dəlil tapa bilməsələr də, "CNN"-nin apardığı təhlildə İranın HƏMAS-ın ən mühüm hərbi dəstəkçisi olduğu və gizli tunellər və qayıqlar vasitəsilə bölgəyə silah göndərildiyi iddia edilib.

ABŞ Hərbi Hava Qüvvələri üçün Yaxın Şərq məsələlərinə dair təhlillər hazırlayan Denver Universitetindən Aaron Pilkinqton hücumun miqyasına diqqət çəkərək bildirib ki, HƏMAS uzun müddətdir silah qaçaqmalçılığı ilə öz arsenalını böyük ölçüdə inkişaf etdirib.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Əli Barakə də bu iddianı təsdiqləyən açıqlamalar verərək, sözügedən hücuma 2 ildir hazırlaşdıqlarını bildirib.

HƏMAS-ın silah istehsalı ilə bağlı bir sıra təfərrüatları paylaşan Barakə, 250, 160, 80 və 10 kilometr mənzilli raketlərin istehsalı üçün yerli zavodlarının, həmçinin minaatan və sursat istehsal edən fabriklərinin olduğunu etiraf edib.

Böyük Britaniyanın "Telegraf" nəşri isə hücumun necə maliyyələşdirildiyini təhlil edib. Nəşr ortaya çıxarıb ki, bu hücumdan bir neçə ay əvvəl HƏMAS-a milyonlarla dollar dəyərində kriptovalyuta göndərilib. Analitiklərin fikrincə, 2023-cü ilin birinci yarısında HƏMAS-ın nəzarətində olan kriptovalyuta hesablarına 134 milyon dollardan çox vəsait köçürülüb. HƏMAS-ın qlobal maliyyə sanksiyalarından xilas olmaq üçün kriptovalyutadan istifadə etdiyini yazan "Teleqraf", İsrailə hücumdan sonra HƏMAS-ın kripto hesablarının dondurulduğunu xatırladıb.

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar