Təl-Əviv İran ərazisinə hücum etmədiyi, Fələstin müqavimət cəbhəsi özünü müdafiə edə bildiyi müddətcə, İsrailin Qəzzada mümkün quru əməliyyatına müdaxilə etməyəcəyik.
Axar.az xəbər verir ki, bu barədə İranın BMT-dəki Daimi Nümayəndəliyi məlumat yayıb.
"İsrail İrana, onun maraqlarına və vətəndaşlarına hücuma cəsarət etmədiyi təqdirdə, İranın silahlı qüvvələri prosesə cəlb edilməyəcək. Müqavimət cəbhəsi özünü müdafiə edə bilər", - məlumatda deyilir.
Qeyd edək ki, dünya mediasında İranın İsrailin Qəzza əməliyyatına müdaxilə edəcəyi yönündə məlumatlar yayılmaqdadır.