Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İSRAİLİ VURAN DRONLARDA ONUN İMZASI VAR – Məhəmməd Zəvvari kimdir? (FOTOLAR)

16-10-2023, 13:37   



Məlum olduğu kimi, bir neçə gündür HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Briqadaları ilə İsrail arasında şiddətli döyüşlər gedir. Hazırda davam edən döyüşlərdə müxtəlif növ pilotsuz uçuş aparatlarından (PUA) istifadə edən HƏMAS qüvvələri tez-tez bu PUA-ların istehsalı, sınaq uçuşları və müharibə meydanında tətbiqi ilə bağlı videolar yayımlayırlar.

“AzPolitika.info” xəbər verir ki, paylaşılan videolarda bu PUA-ların bir çoxunun üzərində “Zəvvari” adının qeyd olunması böyük maraq doğurub.

Bəs PUA-ların üzərində qeyd olunan “Zəvvari” adı nə anlama gəlir?



“Zəvvari” - 1967-ci ildə Tunisdə anadan olan təyyarə mühəndisi Məhəmməd Zəvvarinin adını daşıyır. O, gənc yaşlarında aviasiya mühəndisliyi üzrə təhsil alıb. Daha sonra 1990-cı illərdə bir müddət Tunis Hava Yollarında işləyib. Zəvvari növbəti ilərdə Qəzzada HƏMAS üçün çalışmağa başlayıb. Uzun illər Fələstin müqaviməti hərakatı üçün fəaliyyət göstərib. Bu gün İsrailə qarşı istifadə olunan PUA-ların istehsalı məhz Zəvvarinin fəaliyətinin nəticəsidir. “Əbabil”, “A1A”, “A1B” və “A1C” PUA-larının Zəvvari tərəfindən istehsal olunduğu bildirilir.




Məlumata görə, İsrailin kəşfiyyat təşkilatı “Mossad” bir müddət sonra bu PUA-ların necə və kimlər tərəfindən hazırlandığını dair araşdırma başladıb. Lakin uzun müddət Mossaddan gizlənməyi bacaran Zəvvarinin HƏMAS üçün çalışdığı yalnız onun ölümündən sonra ortaya çıxıb.

Qeyd edək ki, Zəvvari Tunis inqilabından bir müddət sonra daha dəqiq desək 2016-cı il dekabrın 15-də, 49 yaşında vəfat edib. O, Mossad-ın əməilyyatı ilə Tunisin Sfaks şəhərində evinin qarşısında avtomobilinə edilən silahlı hücum nəticəsində həlak olub.

“AzPolitika.info”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar