Bakıda əri tərəfindən qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edilən müğənni Yaqut Nərimanla bağlı daha bir detal üzə çıxıb.
Anaxeber.info referans.az-a istinadən xəbər verir ki, jurnalist Könül Aypara müğənninin bir neçə il əvvəl ağır əməliyyat keçirdiyini deyib.
Bakıda əri tanınmış müğənninin başını kəsib, küçəyə atdı - FOTO
Onun sözlərinə görə, Y.Həşimova illər öncə beynindən əməliyyat olunub və çətinliklə sağlamlığına qovuşub.
"Allah lənət eləsin! O ailə Yaqutun sağ qalması üçün varından-yoxundan keçmişdi. Hər şeylərini satmışdılar ki, təki Yaqut sağ qalsın", - deyə o bildirib.