İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian növbəti dəfə İsrail və ABŞ-ı təhdid edib.
Axar.az xəbər verir ki, bu barədə İsrailin “Vesty.co.il” nəşri məlumat yayıb.
Məlumata görə, Abdullahian vəziyyətin nəzarətdən çıxacağı təqdirdə İran hakimiyyəti və müttəfiqlərinin İsrail və HƏMAS arasında müharibəyə müdaxilə etmək məcburiyyətində qalacağını bildirib:
"İsrail və ABŞ-a xəbərdarlıq edirik: Qəzza zolağında mülki şəxslərə qarşı cinayətlər dayanmasa, bütün imkanlara açıq olacağıq".