Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin hakimiyyətini 2030-cu ilədək uzatmaq istəyir – Reuters

7-11-2023, 08:53   


Vladimir Putin Rusiya prezidenti vəzifəsində qalmaq barədə qərar qəbul edib və o qarşıdan gələn prezident seçkisində namizədliyini irəli sürəcək. Bu, Putinə hakimiyyət müddətini 2030-cu ilədək uzatmaq imkanı verəcək.

Bu barədə məlumatı adı çəkilməyən 6 mənbəyə əsasən Reuters agentliyi verib.

Kremlin sözçüsü Dmitri Peskov bu xəbəri şərh edərkən deyib ki, Putin seçkiyə qatılmaq barədə qərarını hələ elan etməyib və seçkinin tarixi də hələlik məlum deyil.

Qanuna görə Federasiya Şurası seçkinin tarixini dekabr ayında elan etməlidir, seçkinin özü isə ehtimalən martın 17-də keçiriləcək.

Putin bundan əvvəl demişdi ki, seçkiyə qatılmaq barədə qərarını seçki tarixi rəsmən elan ediləndən sonra bildirəcək.



Qərar artıq verilib

Lakin Reuters agentliyinin mənbələri Putinin qərarı barədə artıq Kremldə məlum olduğunu bildiriblər.

Mənbələrin sözlərinə görə Putinin müşavirləri artıq seçkiqabağı kampaniyanın planı üzərində işləyirlər.

Mənbələr bildirirlər ki, Putinin ehtimal olunan bu qərarı hazırkı vəziyyətlə bağlıdır. Onlar deyirlər ki, Putin Ukraynada başlatdığı müharibəyə Rusiya və Qərb arasında münaqişə kimi baxır.

Putin belə düşünür ki, “Rusiyanı son onilliklərin ən təhlükəli mərhələsindən məhz o keçirməlidir”.

Putin ilk dəfə 2000-ci ildə prezident olub və 2008-2012-ci illər arasındakı müddəti çıxmaq şərtilə dörd müddətdir ki, prezidentlik edir.

Ona beşinci dəfə seçkiyə qatılmaq imkanını öz təşəbbüsü ilə Konstitusiyaya edilmiş düzəlişlər verir.



Ən böhranlı prezidentlik

Rusiyada keçirilmiş rəy sorğuları Putinin dəstəyinin 80 faiz olduğunu göstərir. Müşahidəçilərin fikrincə, belə bir şəraitdə prezident seçkisi yalnız formal bir hadisə olacaq.

Qarşıdan gələn seçkidə heç bir ciddi rəqibi olmayacaq Putin, buna baxmayaraq SSRİ-nin varlığını qoruyub saxlamağa çalışan Mixail Qorbaçovdan bu yana hər hansı Kreml sahibinin üzləşdiyi problemlərdən daha ciddi çətinliklərlə üzləşir.

Ukrayna müharibəsi 1962-ci il Kuba böhranından indiyədək Moskva ilə Qərb arasında ən böyük qarşıdurmaya səbəb olub. Üstəlik Putin bu müddətdə Yevgeni Priqojinin çevriliş cəhdi ilə də üzləşib.

Rusiya üzərinə ağır sanksiyalar qoyulub, Haaqa məhkəməsi Putinin həbsinə order verib, NATO alyansının sərhədləri daha da genişlənib.

Reuters qeyd edir ki, indinin özündə, İosif Stalini çıxmaq şərtilə Putin Rusiyaya ən uzun müddətdə rəhbərlik etmiş şəxsdir.

Ötən oktyabrda onun 71 yaşı tamam olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar