Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Senzurasız incəsənət

11-11-2023, 09:13   


“Əsl sənətkar heç vaxt təkəbbürlü ola bilməz. O, yaxşı anlayır ki, sənətin hüdudları sonsuzdur”.
(L.Bethoven)

Yerli filmlərə senzuraların olunması müstəqil kino icmasını və rejissorları narahat edir. Onlar filmlərini nümayiş etdirmək üçün məkan tapmaqda çətinlik çəkirlər. Sonuncu dəfə bu Doku Baku festivalında yerli filmlərə senzura qoyulması ilə təkrarlandı.

Rejissorların və Doku Baku festivalının direktoru İmam Həsənovun sözlərinə görə senzura Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən olunub.  Nazirlik festivala səbəb olaraq isə bildirib ki, filmlərin mövzusu festivalın mövzusuna uyğun deyil. Nizami Kino Mərkəzi isə Nazirlik tərəfindən yoxlanılmamış və icazəsi olmayan filmlərin orada nümayiş oluna bilməyəcəyini qeyd edib.

Maraqlısı isə odur ki, qanunda mədəniyyətə hansısa müdaxilənin olması qeyd olunmayıb.

Mədəniyyət haqqında Qanundan çıxarış:

Maddə 9. Yaradıcılıq azadlığı

“Azərbaycan Respublikası Konstitusiyasının 51-ci maddəsinin I hissəsinə uyğun olaraq hər kəsin yaradıcılıq azadlığı vardır. Azərbaycan Respublikasında istənilən şəxs öz maraqlarına və bacarıqlarına uyğun peşəkar əsasda və azad yaradıcılıq (həvəskar) əsasında istənilən yaradıcılıq fəaliyyəti ilə məşğul olmaq, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünün yaradıcılıq fəaliyyətinin nəticələrini müəlliflik hüququ ilə qorumaq, mədəni sərvətləri nümayiş etdirmək, bu Qanunun tələbləri nəzərə alınmaqla, mülkiyyətində olan mədəni sərvətləri satmaq, bağışlamaq, habelə həmin məqsədlər üçün xarici ölkələrə aparmaq hüququna malikdir”.

Festival proqramından çıxarılan və Salaam Cinema-da nümayiş olunan filmlər:

Hasarların arxasında- Azad Əlizadə ; Dog doc- Sitara İbrahimbəyli və Dadaş Musayev ;               

İnsanlar və Sürünənlər – Nurlan Həsənli ( Festivalda senzuranın olması səbəbilə rejissor özü filminin nümayiş olunmasından imtina edib.)

Filmlərin nümayişindən sonra filmlərin müzakirəsi baş tutub. Müzakirənin moderatorları müstəqil kino tənqidçilər Aygün Aslanlı və Hacı Səfərov olub. Müzakirə ingilis dilində sinxiron tərcümə ilə baş tutub.

Müstəqil kinotənqidçi Hacı Səfərovun sözlərinə görə bu günə qədər Azərbaycanda bir neçə filmə senzura tətbiq olunub. Hacı Səfərov qeyd edib ki, həmin filmlər əsasən dövlət sifarişi ilə çəkilən filmlərdir.

“Həmin filmlərin sonluqları dəyişdirilib və ya sonluqlarının  başqa cür olunması istənilib. Bunlardan ən məşhur nümunə olaraq ağlıma “Axınla aşağı” və  “Kuklalar” filmi gəlir. Bu filmlərin 2 dənə finalı var.  Filmlər dövlət tərəfindən maliyələşib və bəyənilmədiyi üçün festivala başqa, yerli auditoriya üçün isə başqa bir sonluqla təqdim olunub”.

Kino tənqidçinin sözlərinə görə bu filmlər əksərən nümayiş olunur amma ya həmin senzura olunan  hissəni çıxardırlar  ya da  dəyişdirilərək nümayiş olunur. Bəzi filmlər isə ümumiyyətlə insanlara göstərilməyib.

Hacı Səfərov  Doku Baku film festivalında senzuraya məruz qalan filmlərin nümayişi haqqında da danışıb.

“Senzuraya məruz qalan filmlərin Salaam Cinema-da nümayiş olunmasının səbəbi həmin filmlər üçün nümayiş yerinin olmaması və festivalın da filmləri nümayiş etdirməməsi olub. Başqa inanmıram ki, hansısa bir yer, məkan təmin eləsin bunu.   Bundan əlavə Salaam Cinema-nın  bu cür nümayişlərə açıq olması, nümayiş üçün uyğun şərait yaratması da böyük rol oynayır.  Başqa yerlər bunun üçün ödəniş tələb edir və senzuraya məruz qalan filmləri nümayiş etdirməyə razılıq verməzlərdeyə düşünürəm”.

“Bu kimi çətinliklər çoxdan var. Çox pis şəkildə davam edir bu çətinliklər. Hadisələr mənim gözlədiyim şəkildə davam etmir. Bunun səbəbi odur ki, biz ümumi dil tapa bilmirik. Biz elə bir dil tapmalıyıq ki, gərək hər iki tərəf bir-birini başa düşsün. Hər iki tərəf dedikdə müstəqil rejissorlar və digər tərəfi nəzərdə tuturam. Yəni rejissorların kimə sualı var? Nazirlik və ya kimə sual varsa onlarla danışmalıyıq. Nəyə görə müəyyən şeylər olar, müəyyən şeylər olmaz?

Mənim başıma gələn və ya başqa sənətkarların başına gələn bu kimi problemləri  necəsə həll etmək üçün ümumi bir meydan olmalıdır. Bunu da biz çalışırıq ki, yaradaq”. – İmam Həsənov Doku Baku Film festivalının direktoru

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar