Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Sülh prosesində durğunluq: Vaxt kimin xeyrinə işləyir?

18-11-2023, 14:36   


Sülh prosesində durğunluq: Vaxt kimin xeyrinə işləyir?


“İndiki mərhələdə Azərbaycan-Ermənistan sülh prosesi üzrə danışıqlar dalana dirənib”. 

Bu sözləri politoloq Məhəmməd Əsədullazadə Cebhe.info-ya şərhində Azərbaycan-Ermənistan sülh prosesi üzrə işlərin aparılıb-aparılmadığı barədə suala cavablandırarkən bildirib.

Onun sözlərinə görə, hazırda Moskva, Brüssel və Vaşinqton formatları işləksiz vəziyyətə çevrilib.

“Hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üzrə danışıqlar getmir. Düzdür, rəsmi Bakı sülh müqaviləsi ilə bağlı yeni təkliflərini İrəvana göndərib. Lakin Ermənistan hakimiyyəti hələ də bu təkliflərə cavab göndərməyib. Doğrusu, İrəvan bunu bilərəkdən yubadır. Buna baxmayaraq, Azərbaycan yenə də ikitərəfli danışıqların keçirilməsində maraqlıdır”. 

Politoloq vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hücum strategiyasından istifadə etməyə çalışır. 

“Ermənistan və onun havadarları Azərbaycana qarşı siyasi müstəvidə beynəlxalq təziyiqlərin artırılması üçün əlindən gələni edir. ABŞ konqresmenlərinin və Avropa İttifaqının rəsmilərinin kəskin bəyanatları onu göstərir ki, hər ikisi Bakı ilə İrəvan arasında sülh müqaviləsinin öz şərtləri daxilində imzalanmasını istəyir. 

Yəni, Qərbin şərtləri budur ki, Qarabağdan Ermənistana könüllü köçmüş ermənilər yenidən beynəlxalq müşahidəçilərin nəzarəti altında əraziyə qayıtmalı, Qarabağ ermənilərinə status verilməli və Qarabağda Qərbin sülhməramlı qüvvələri yerləşməlidir. Əlbəttə, bütün bunlar Azərbaycan tərəfindən qəbuledilməzdir və qəbul edilməyəcək.

ABŞ və Aİ-nın anti-Azəraycan kampaniyasına görə, rəsmi Bakı Brüssel və Vaşinqtonda gözlənilən danışıqlarda iştirak etməkdən imtina edib”. 

Yunis Abdullayev
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar