Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyandan hiyləgər gediş: Bu bəyanatın arxasında nə dayanır?

18-11-2023, 17:18   


Paşinyandan hiyləgər gediş: Bu bəyanatın arxasında nə dayanır?


Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla imzalanması gözlənilən sülh müqaviləsi ilə bağlı yeni açıqlama verib.

O, İrəvanda keçirilən ATƏT Parlament Assambleyasının payız sessiyasının açılış mərasimində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin əsas prinsipləri barədə razılığın əldə olunduğunu deyib:

"Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı yaxşı və pis xəbərlərimiz var. Ermənistan və Azərbaycan sülh müqaviləsinin əsas prinsipləri barədə razılığa gələ biliblər. Bu, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə mənimlə Azərbaycan Prezidenti arasında keçirlən görüşdə baş verib". 

Paşinyanın sözlərinə görə, Bakı və İrəvan müxtəlif diplomatik dillərdə danışdıqları üçün çox vaxt bir-birini başa düşmürlər.

Maraqlıdır, Paşinyan yeni “sülh oyunu” oynamağa çalışır?

Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən politoloq Aytən Qurbanova bildirib ki, bu, Ermənistan Baş nazirinin ilk belə bəyanatı deyil:

"O, bir tərəfdən sülhə hazır olduqları və dialoqun davam etdirilməsində maraqlı olduqları təəssüratı yaratmağa çalışırlar. Digər tərəfdən isə Azərbaycana qarşı qərəzli mövqeyin formalaşdırılması üçün təbliğatını davam etdirir. 

Bildirim ki, sülh danışıqlarına dair təkliflərin artıq beşinci variantı Ermənistana təqdim olunub. Rəsmi İrəvan bu variant üzrə təqdim olunmuş bütün təklifləri qəbul edibmi?! Paşinyan hansı razılıq haqqında danışır?! Düşünmürəm ki, bu bəyanatlar hər hansı formada Ermənistanın xoş niyyət addımı olaraq dəyərləndirilə bilər". 

Politoloq qeyd edib ki, belə bəyanatlar ABŞ-ın və ümumilikdə Qərbin regiona nüfuz etmək üçün yazdığı ssenarinin tərkib hissəsidir:

"Onlar Ermənistandan “sülhpərvər” bir dövlət portreti formalaşdırmağa çalışırlar. Ermənistan həqiqətən də Azərbaycanla münasibətlərin normallaşmasını istəyirsə, ilk növbədə əsassız iddialarından əl çəkməli və qlobal güclərin alətinə çevrilmədən regional əməkdaşlığın təşviq olunmasına çalışmalıdır".

Elmir Mustafa
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar