Ukrayna və Rusiya arasında gizli danışıqların TƏFƏRRÜATLARI

2-12-2023, 16:25   


Ukrayna və Rusiya arasında gizli danışıqların TƏFƏRRÜATLARI


Tezliklə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin edilməsinə dair saziş imzalana bilər. 

Amerikalı jurnalist Seymur Herşin sosial şəbəkədə yaydığı məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Rusiya ilə Ukrayna arasında sülhə dair gizli danışıqlar aparır.

Bəzi ekspertlər hesab edir ki, Rusiya və Ukrayna arasında hər hansı formada gizli görüşlərin keçirilməsi o qədər də inandırıcı görünmür.

Rəsmi Moskva görüşlərin keçirilməsində maraqlı olsa da, rəsmi Kiyev hələ müharibəni davam etdirmək niyyətindədir. 

Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli Cebhe.info-ya açıqlamasında qeyd edib ki, Ukraynanın Rusiya ilə müharibədə özünü doğrultmaması Bayden administrasının ölkə daxilində nüfuzuna ciddi zərbə vurub. 

"Hazırda rəsmi Kiyev Ukraynanın gələcək taleyi haqqında sərbəst şəkildə qərar qəbul etmək iqtidarında deyil. Zelenski hakimiyyəti Ukrayna ilə bağlı mühüm proseslərdə iştirak eləmir. Hər hansı formada gizli danışıqların keçirilməsinə gəlincə, əslində əsas danışıqlar Rusiya ilə Ukrayna arasında deyil, ABŞ, Avropa İttifaqı və Rusiyanın rəsmiləri arasında gedir.

Bu danışıqlar səhnə arxası kanallar vasitəsilə aparılır. Hətta Qərb mediasında bu görüşlərdə müəyyən anlaşmaların əldə olunması barədə məlumatlar da yayılıb. Məlumatlara görə, Dontesk, Luqansk, Zaporoje və Krım, eləcə də Xarkovun bir hissəsi Rusiyaya veriləcək. Məhz bundan sonra Moksva və Kiev arasında sülh sazişi imzalanacaq və müharibə bitəcək.

Bildirim ki, hazırda Bayden administrasiyası üçün Rusiya-Ukrayna müharibəsinin dayanması olduqca vacibdir. Çünki gəlin il ABŞ-da parlament və prezident seçkiləri keçiriləcək. Seçkilər ərəfəsində müharibənin davam etməsi Bayden administrasiyasının siyasi nüfuzuna ciddi zərər vurur. 

Respublikaçıların prezidentliyə namizədi Donald Tramp Ukraynadakı müharibədən siyasi vasitə kimi istifadə edərək Bayden administrasiyana siyasi hücumlar edir. Tramp öz çıxışlarında dəfələrlə bəyan edib ki, o, hakimiyyətə gələndən sonra Ukraynada müharibəni qısamüddət ərzində danaydıracaq.

Ona görə də ABŞ-ın hazırki hakimiyyəti hər vəchlə Rusiya ilə Ukrayna arasında müharibəni dayandırmağa çalışır. Həqiqətən, Ukrayda müharibənin davam etməsi, xüsusilə Qərbin hərbi və maliyyə dəstəyi göstərməsinə baxmayaraq, Ukrayna ordusunun əks-hücum əməliyyatlarının uğursuzluğa düçar olması ABŞ-da növbəti seçkilərə təsir edəcək".

Politoloqun sözlərinə görə, ABŞ və Aİ rəsmi Kiyevi Moskva ilə bir masa arxasına oturmağa vadar edir:

"Qərbdən Ukraynanın hərbi-siyasi dairələrinə göstəriş verilib ki, onlar Rusiyanın rəsmiləri yarı açıq və ya gizli şəkildə görüşlər təşkil etsinlər. 

Hazırki reallıq onu göstərir ki, Ukrayna faktiki olaraq Vaşinqton tərəfindən idarə olunur. Bütün dünyaya dərs olmalıdır ki, ABŞ-ın ipi ilə quyaya düşən ölkələrin başına müsübətlər gəlir. ABŞ-ın imperalist siyasəti ucbatından Ukrayna kimi bir dövlət məhv oldu". 

Yunis Abdullayev  
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.