Güney Azərbaycan Türk Cümhuriyyətinin qurulması ilə Bütöv Azərbaycan dövləti ilə Türk Dünyası Turan Evində birləşəcəkdir
Əli Xamneyi, 21 Azərin 78-ci ildönümündə, bir qrup azərbaycanlı ilə görüşdü. O, bu görüşdə Azərbaycan tarixində ən önəmli günlərdən biri olan 21 Azərə toxunmadan İran-İraq savaşında 10 min Azərbaycan türkünün (Azərbaycan 8 illik bu savaşda 200,000 dən çox gəncini itirmişdir.) həlak olmasını iranilik vurğunluğu kimi dilinə gətirərək, bir dini rəhbər olaraq deyil, bir paniranist diktator kimi çıxış etdi. O, "əsl İran kimliyindən uzaq düşənlərə" meydan oxudu.
O, Azərbaycanın İran kimliyindən qopmasının qəbul edilməzliyinə deyinərək, belə durumda dolayısı ilə "Azərbaycanın sillə yiyəcəyinə" də vurğu yapdı!
Baş diktator, sözlərinin ən önəmli bölümlərində aşağı cümlələr ilə ölmədən öncə ölüm qorxusu yaşadığını acıqca göstərmiş oldu: "Təbriz və Azərbaycan haqqında çoxlu təriflər olubdur… Bizim görəvlərimizdən biri diqqətimizin özümüzdə, tam özümüzdə olmasıdır. ”İran milləti”(?) öz kimliyini unutmamalıdır. Unudursa, zərbə yeyər, sillə yeyər... Azərbaycanı başqalarından üstün tutan kimliyinə, özəlliyinə bağlı qalmasıdır. Tam anlamı ilə Azərbaycan adlandırdığımız toplamın başqalarından üstün olması məhz İran kimliyinə (?) və (İran) millətinə bağlı olmasıdır... Azərbaycan və Təbriz şəhidlər yatağıdır"...
Ömrünün 44 ilini rəsmi dövlət kadrı və despot başçı kimi Azərbaycan Türk Millətinə və insanlığa qarşı düşmənlik edən S. Ə. Xamneyinin 21 Azəri ildönümündə millətimizlə, yurdumuzla, Milli Hökumətı uğruna soyqırıma məruz qalan 30,000 Türkün şəhid ruhu qarşısında alay edərək, hədə-qorxu yağdırması çox anlamlıdır.
Xamneyinin İran millətilə (?) başlayıb, Azərbaycanın hədələnməsilə bitirən sözlərinə cavab olaraq demək gərəkir ki:
- İran milləti adında bir millət yoxdur. İran adlanan sömürgən dövlətin İngiltərənin birbaşa, Rusiyanın paralel dəstəyi ilə yaranmasının tarixi 1925-ci ilə dayanır. Miladdan öncəki Türk dövlətləri bir kənarda qalsın, miladdan sonrakı illərdə türklərin hegemonluğunda olan bölgə dövlətlərinin adı Xəzərlər, Atrupatlar, Qaraxanlılar, Qəznəvilər, Səlcuqlular, Elxanlılar, Atabəylilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər, Avşarlar, Qacarlar olmuşdur. Bu dönəmlərin heç birində qondarma iranilik izi olmamışdır. Soykökü Türk olan bu dövlətlərin dilləri iltisaqi türkcə olmuşdur. Ayrıca bu dövlətlərin zamanında başqa etniklərin dil və el varlığına ən ufaq belə, əl uzadılmamış, tərsinə sahib çıxılmışdır.
Qacarların son dönəminədək milli əritmə (assimilyasiya) sözünə heç bir qaynaqda rast gəlmək mümkün deyil. Ancaq 1920-ci illərdən sonra İngiltərə və Rusiyanın işbirlikçiləri fars (Pərs) azınlığının türklüyə qarşı iş başına gəlməsi ilə assimilyasiya sözcüyü də doğuldu. Bu yeni termin çox keçmədən panfarsizmin kəskin mili-siyasi ideolojik silahı olaraq dövlət sisteminin ən qorxunc anti-bəşəri qurumunda yolgöstəri rola sahib oldu. Həmən zamandan başlayaraq başda türkün zəngin və tarixi varlığı, ardınca isə Türk dövlətlərinin qarantisi altında olan ərəb, kürd, bəluç və bütün qeyri-fars millətlərin dili, kültürü və varlığı danılmağa başladı. İran adı ancaq, panfarsizmin paniranizm dizaynı üzərində Rza Pəhləvi tərəfindən 1936-cı ildə rəsmi dövlət adı kimi qəbul olundu.
- Azərbaycanın iki kimliyi yoxdur. Bəlkə tək bir kimliyi vardır – Azərbaycan Türk Kimliyi! Tarix boyu bölgənin ən önəmli siyasi mərkəzlərindən olan Azərbaycan, hər zaman Türk kimliyi üzərində qurulan iqtidarlı dövlətlərin mərkəzi olmuşdur. İran bir dövlət adı olaraq, entik kimliyi daşıyamaz! Lakin Türk bir soykök olaraq ulusal kimlik kimi dünyanın etnoqrafik listəsinə daxildir. Fars (Pers) ilə Türk etnosunun qiyaslanması doğrudursa, İran ilə Türk varlığının qiyaslanması doğru olamaz! Bu da ulusal kimliklə coğrafiya bilgisindən xəbərsiz olan Xamneyi üçün bir dərs olsun!
- Axund tələbəxanalarında gənc mollalara verilən ilk dərs belədir: «İnsanlara qoyun sürüsü kimi baxın!» İlk eyitimilə yonulan Xamneyinin xor və alçaq baxışlarına qarşı, Azərbaycan Türk Millətinin gündən-günə insancıl baxışları, əyilməzliyi, qorxmazlığı və gələcəyə özgürcə inamı zirvə yapmaqdadır. İstər İslam Cümhuriyyəti, istər cücə Mücahid çətəsi, istərsə də yarım Pəhləvi faşıstlərinin farsçı-şuubi həvəslərinə rəğmən Güney Azərbaycan gəncliyinin yönü bəllidir. Bu fasid toplusunun kiçik xulyasına qarşı Güneyin baxışaçısı insanlıq, özgürlük, bağımsızlıq və eşidlikdir.
Türkün bəşəriyyətə bəxş etdiyi bütün gözəl bəşəri sifətlərin faşistlərdən nə qədər uzaq olduğu kimsədən gizli deyildir. Təktanrıçılıq və laiklik kimi bəşəri terminlərin sahibi olan türklərin faşist şuubi-farsçılıqla heç bir ilişkisi yox və olamaz da! Bunu günümüzün baş virusları olan Xamneyilərin xəstə beyinlərinə soxmaq mümkün olmasa da, çağın öncülü olan Türk gəncin dərk etməsi çox qolaydır.
- 100-illik bəşəriyyətin üz qarası olan farsçı rejimlərin Güney Azərbaycana, İran adlanan dövlətin çeşidli bölgələrinə yayılan Türk millətinə, Güney Türkmənistana, Qaşqayistana, Ərəbistana (Ələhvaz), Sistan-Bəluçistana, habelə başqa qeyri-fars xalqların yaşadığı yerlərə maddı-mənəvi zərbələrin sınırı yoxdur. Bu rejimin 100 ilə yaxın ömürü millətlərin yeraltı-yerüstü varlığının talanması ilə keçibdir. Sadəcə bircə örnək ayrı-seçkilik uçurumun dərinliyini göstərmək üçün yetərlidir.
Farsçı dövlətin rəsmi yaydığı statistikaya görə: 1400 günəş/2021 miladi ilin ostanlara (əyalət) aid büdcə dağıtımında İsfəhanın təkbaşına payı 6,1% idi. Halbuki, Güney Azərbaycanın doqquz əyalətinin dördünün toplam büdcə payı tam-tamına tək İsfəhana ayrılan büdcəyə bərabər idi. Belə ki, büdcədən Doğu Azərbaycana 3,4%, Batı Azərbaycana 0,9%, Zəncana 1,3%, Ərdəbilə 0,5%, toplamda 6,1% pay ayrılmışdı. Bu da İsfəhana ayrılan büdcə payı ilə eyni idi.
Bu bir haldadır ki, yenə İran dövlətinin rəsmi və saxtalaşdırılmış məlumatına görə, İsfəhanın 5,000,000, bu 4 ostanın isə 11,000,000 nüfuzu vardır. Xamneyinin Azərbaycanı hədələməsindən öncə, bir anlığına insanlıq edib, ortaya qoyduğu tabloya baxması lazımdır.
- Azərbaycanın həyat incisi Urmu gölü Xamneyinin göstərişi ilə illərdir açıq şəkildə can çəkişir. Bəşəriyyətin düşməni olan diktator bir kərə olsun belə, Urmu gölünün qurunmasından danışmayıb. O, Azərbaycanın əsir xalqlar içindəki həyati rolunu tərsinə çevirmək üçün Urmu gölünün qurudulmasını bir stratejik hədəf kimi güdür. Xamneyiyə görə, Urmu gölünün quruması üzündən ortaya çıxan ölüm fəlakəti ilə milyonlar türkün öz ana yurdundan sürgün düşməsi arasında fərq yoxdur. Xamneyi üçün türkün ölümü bəxtiyarlıq, sürgünü isə assimilyasiya və bölgə dəyişimi və etnik dağıtımı üçün bir “etniksəl fürsət” sayılır.
Rəfsəncaninin prezidentlik dönəmindən bəri Azərbaycanın incisi və bəşəriyyət irsinin yaşaması üçün dövlətdən minimum büdcənin ayrılması milyonlarla Azərbaycan türkünün ən nəcib diləyi olmuşdur. Ancaq milyonlarla türkün göz yaşına baxmayaraq, rejimin ən böyük projesi sayılan Bəsrə körfəzindən İranın mərkəzi şoranlıq bölgələrinə su yetirmə layihəsinə dünyaca böyük büdcə ayrıldı. Xamneyi, dövlət marağını bu proyektə yüksəltmək üçün milyardlarla dollar ”İmam Malı Xəzinəsindən” yardım etdi. Nəhəng büdcələrə rəğmən nəticəsi olmayan bu layihə üçün hər il daha böyük büdcələr ayrılır. Halbuki, Urmu gölü üçün bu ilin də milli büdcəsində yer yoxdur. Yəqin ki, bu açıq ayrıseçkilik üçün yenə Xamneyi susqun qalacaq.
Çünki Urmu gölünün qurudulması ilə bağlı yol xəritəsi bundan çox zaman öncə Cəmaran sarayında və Xamneyinin öz əmri altında cızılmışdir.
- Azərbaycanın yolu bütünlüklə İrandan ayrılıbdır. Bunu illər öncə Rəfsəncaninin Xarici İşlər Naziri və Xamneyinin indiki ali müşaviri Əli Əkbər Vilayəti çox gözəl bilir. O zaman Rəfsəncaniyə dediyi sözü Xamneyiyə də deməlidir. Hələ o gündən bu günə Azərbaycan daha çox güclü, qurtuluşçu, istiqlalçı və müstəqil milli dövlətçiliyinə doğru yürüməkdədir. Sözsüz ki, Xamneyinin oğluna qoyacağı ancaq viran bir İran olacaqdır. Bu viranlığın kullərindən doğan azad, özgür və bağımsız dövlətlər çıxacaqdır. Bölgə axundizmdən qurtulacaq, dünya əprimiş ölüm qoxusundan nicat tapacaqdır.
- Sözsüz ki, Güney Azərbaycan Türk Cümhuriyyətinin qurulması ilə 200 illik parçalanmış Azərbaycan hekayəsi artıq keçmiş olay kimi tarix kitablarında tədris olunacaq. Bütöv Azərbaycan dövləti ilə Türk Dünyası Turan Evində birləşəcəkdir.
Xamneyinin və onun sələflərinin diqqətinin bu sətirlərə bir kərə deyil, min kərə cəlb olunması gərəkir.
Eldar Qaradağlı,
Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı başqanı