Perinatal Mərkəzdə yanğında dörd körpə həlak olub

9-01-2024, 11:28   


Yanvarın 9-da gecə saatlarında Respublika Perinatal Mərkəzində baş vermiş yanğında dörd körpə həlak olub.

Bu barədə Baş Prokurorluq, Fövqəladə Hallar Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dekabrın 9-da səhər saatlarında yaydıqları birgə məlumatda bildirilir.

Vurğulandığına görə, Mərkəzdə olan şəxslər təxliyə olunub: "İlkin araşdırmalar zamanı müəyyən edilib ki, üç nəfər tüstüdən zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub... Dərin təəssüf hissi ilə qeyd edirik ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan dörd uşağın meyiti aşkar olunub".

Fakta görə Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Məsələ ilə bağlı həlak olan körpələrin yaxınları ilə danışmaq mümkün olmayıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.