Bu seçkilərdə keçmiş seçkilərdən fərqlənməyəcəyni deyən ekspertlər heçdə yanılmadılar.Belə ki daha öncə ki seçkilərdə olduğu kimi hökümət bu dəfədə zorakılığa əl atdi.
Azərbaycan demokrat partiyasının mətbuat xidmətinin yaydığı məlumata görə seçki məntəqələrində prezident seçkisini izləyərkən,orada ki qanun pozuntularına etriaz edən partiya üzvüləri onlara hücum edən polis və mülki şəxslər tərəfindən güclü xəsarət almışlar.Azərbaycan demokrat partiyasından bildirilənlərə görə partiyanın fəal üzvləri olan Məmmədəli Balayev,Vüsalə Əlikramova,Tural Zeynalov,Aslan kərimov,Azər Vəliyev gördükləri qanun pozuntusuna etiraz etmişlər.
Verilən məlumata görə Azərbaycan demokrat partiyasının üzvülərin,i ilk öncə məntəqədən uzaqlaşdırmaq istəsələrdə,partiya üzvüləri seçkini izləyən "Atət”in Baki ofisnin işcilərindən kömək istəmişlər.Bu zaman hadisəyə müdaxilə etmək istəyən xarici qonaqlara belə məhəl qoymayan polis və mülki geyimli şəxslər partiya aktivislərini sürüyərək məntəqədən cixartdiqdan sonra çöldə vəhşicəsinə döymüşlər.Bu hadisə ilə əlaqədər olaraq baki şəhər”TTYX”ilə əlaqa saxladiq xəstəxanadan bizə bildirdilər ki, xəstaxanaya müraciət etmiş Tural Zeynalov Aslan Kərimov və Azər Vəliyev ambulator müalicə aldiqdan sonra evə buraxılmişlar.Bunlardan Vüsalə Əlikramova və Məmmədəli Balayevin xəsarətləri nisbətən ağır olduğu üçün həkim məsləhəti ilə hələki xəstəxanadadırlar.
Xatirladaq ki adı çəkilən müxalifətçi aktivislər Azərbaycan müxalifətinə ve gündəlik media orqanlarına kifayət qədər tanış simalardir.Elə bu səbəbdəndə hökümətin apardıği siyasətə qarşı öndə getdikləri üçün hər zaman dövlət nümayəndələrinin basqısı və təhdidləri ilə üzləşmişlər.