Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə Ermənistanla sərhədə texnika yerləşdirdi... – Poqosyan

11-03-2024, 10:32   




Türkiyə artilleriya sistemlərini və minaatan qurğularını Ermənistanla sərhədə yerləşdirib.

Anaxeber.info Publika.az-a istinadən xəbər verir ki, bu iddia ilə Gümrüdən olan erməni hüquq müdafiəçisi Karapet Poqosyan çıxış edib.

Poqosyan bildirib ki, Türkiyənin sərhədə yerləşdirdiyi hərbi texnika 155 mm-lik təkərli artilleriya və 120 mm-lik minaatanlardır:

“Onları sərhəddən gözlə görmək mümkündür. Son 100 ildə belə bir hadisə baş verməyib. Orada sərhədçilər həmişə olur, indi artilleriya sistemləri də yerləşdiriblər. Bura Canfida istiqamətidir. Sərhəd qoşunlarında artilleriya yoxdur, çünki onların funksiyası sərhəd pozucularını həbs etməkdir, artilleriya isə hücum silahıdır. Türkiyə qeyri-sabitliyin olduğu sərhədyanı ölkələr istiqamətində hücum silahları yerləşdirir. Fikrimcə, bütün bunlar Ermənistan hakimiyyətinin antirusiya siyasətindən qaynaqlanır. Böyük ehtimalla, bu hakimiyyət rusları təxribata çəkməyə çalışacaq, bundan sonra Türkiyə Ermənistana müdaxilə edəcək”.

K.Poqosyan hesab edir ki, Rusiya sərhədçiləri Zvartnots hava limanından çıxarıldıqdan sonra Türkiyə-Ermənistan sərhədindən də çıxarılacaq.

“Ermənistanın sərhədlərin mühafizəsi ilə bağlı problemi var, hətta Zvartnotsda sərhəd xidmətini təşkil etmək imkanı yoxdur. Çünki Ermənistanda heç vaxt mütəxəssis olmayıb, Vazgen Sərkisyan adına hərbi instituta ilk mütəxəssislər yalnız bu il qəbul edilib, onların da sayı cəmi 7 nəfərdir. Ermənistan-Türkiyə sərhədini qorumaq üçün də kifayət qədər resursumuz yoxdur. Bütün bunların fonunda Türkiyə artilleriyasını sərhədə yaxınlaşdırır, oradan atılacaq raket düz xətt üzrə İrəvana çatacaq”, - Poqosyan iddia edib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar