Tomoko Akane Haaqadkı Beynəlalq Cinayət Məhkəməsinin (BCM) sədri vəzifəsinə seçilib.
Hakimlər Rozario Salvatore və Reyn Alapini Qansu onun müavinləri vəzifəsinə seçiliblər.
2023-cü ilin martında Rusiya prezidenti Vladimir Putinin həbsi üçün orderi məhz Akane və Salvatore imzalamışdılar.
Rəyasət heyətinin yeni tərkibi barədə məlumat BCM-in rəsmi saytında dərc olunub.
Akane vəzifəyə seçilməsi barədə deyib:
"Həmkarım hakimlər tərəfindən Beynəlxalq Cinayət Məhkəməsinin sədri seçilməyim mənim üçün böyük şərəfdir. Mən diqqətimi məhkəmə orqanları ilə müdafiə və zərərçəkənlərin nümayəndələri, habelə Roma statutunu hələ imzalamamış ölkələr arasında dialoqun inkişafına yönəldəcəyəm”.
BCM-in məlumatında deyilir ki, rəyasət heyəti məhkəmənin strateji rəhbərliyinin təminatında əsas rol oynayır.
Roma statutuna uyğun olaraq rəyasət heyəti prokuror fəaliyyətini çıxmaq şərtilə məhkəmənin işinə rəhbərlik edir.
Rəyasət heyəti habelə BCM adından dövlətlər və beynəlxalq təşkilatlarla müqavilələr bağlayır.
2023-cü ilin martında Akane, Salvatore və Serhio Uqalde Qodinesa Putinin və Rusiyanın uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order veriblər.
Onlar Ukraynanın işğal olunmuş ərazilərindən uşaqların zorla Rusiyaya deportasiyasında ittiham olunurlar.
BCM bildirib ki, prezident Putinin bu məsələdə şəxsi məsuliyyət daşıdığını düşünmək üçün ağlabatan əsaslar var.
2023-cü ilin martında Rusiyanın İstintaq Komitəsi BCM-in prokuroru Karim Xana, habelə hakimlər Salvatoreyə, Qodinesaya və Akaneyə qarşı cinayət işləri açıb.
İK hakimləri “əvvəlcədən qanunsuz olaraq həbs etməkdə” və “xarici dövlət nümayəndəsinə qarşı hücum hazırlamaqda” ittiham edir.
Rusiya DİN daha sonra sözü gedən hakimləri axtarışa verib.