"Rusiya Azadlıq" legionu Rusiya ilə sərhədin yarıldığını bildirib

13-03-2024, 09:33   







Ukraynanın Teleqram kanalları və Rusiya hərbi blogerləri Ukrayna tərəfindən Kursk və Belqorod vilayətləri ilə sərhədin mümkün yarılması ilə bağlı məlumat veriblər. Rusiya hakimiyyəti hücumun dəf edildiyini bildirib.

İlkin məlumatlara görə, "Azad Rusiya Legionu", "Rusiya Könüllülər Korpusu" və "Sibir Batalyonu"nun silahlı birləşmələri sərhədi birgə əməliyyat çərçivəsində keçib. Bu birləşmələr əsasən Ukrayna tərəfində döyüşən ruslardan ibarətdir.

Daxil olan məlumatlara görə, Kursk vilayətində döyüşlər Tyotkino kəndi ərazisində baş verib. İnternetdə həmçinin Ukrayna tankının Belqorodun Qorkovski qəsəbəsinin yaxınlığında geçdiyi iddia edilən video yayımlanıb.

Kyivdə yaşayan və könüllü birləşmələrdən biri ilə əlaqəsi olan Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryovun sözlərinə görə, Belqorod vilayətinin sərhədyanı Lozovaya Rudka kəndi "azadlıq qüvvələrinin nəzarəti altındadır". Bu iddia müstəqil olaraq təsdiqlənməyib.

"Azad Rusiya Legionu"nun çərşənbə axşamı səhər saatlarında yayımladığı videodan belə görünür ki, hücum qarşıdan gələn prezident seçkiləri ilə bağlı ola bilər. Daha sonra legionun Teleqram kanalında birində legionun sərhədi keçdiyini, digərində isə Tyotkino kəndində Rusiya ordusuna məxsus zirehli maşının vurulduğunu əks etdirən videolar yayımlanıb.

Azadlıq radiosunun rus xidməti legionun zirehli daşıyıcıya zərbə endirməsinin videosunu geolokasiya etməyə müvəffəq olub. Zirehli maşın kəndin mərkəzində, Lenin küçəsindəki 162 və 164 nömrəli evlərin arasında yerləşib.

Rusiyanın WarGonzo hərbi kanalı mənbələrə istinadən yazır ki, təxminən 50 nəfər Xarkov vilayətindən sərhədi keçməyə cəhd edib. Onların əvvəlki mövqelərinə qaytarıldığı deyilir. WarGonzo həmçinin bildirir ki, təxribatçılar Tyotkinoya girməyə cəhd ediblər, lakin geri sıxışdırılıblar.

Rusiyanın VGTRK dövlət kanalının müxbiri Andrey Rudenko bildirib ki, çərşənbə axşamı səhər saatlarında silahlı birləşmələr zirehli maşınlarla Kursk vilayətində "kəşfiyyatı döyüşlə aparmağa" cəhd ediblər. Rudenkonun sözlərinə görə, təxribatçılardan bəziləri öldürülüb, "qalanları geri çəkilib".

Kursk vilayətinin qubernatoru Roman Starovoytun sözlərinə görə, Tyotkin ərazisində sərhədi yarmaq cəhdi olub. "Orada atışma olub. Lakin heç bir irəliləyiş olmayıb" - deyə, rəsmi bildirib.

Sərhəd qoşunlarına nəzarət edən Federal Təhlükəsizlik Xidməti Ukrayna bölmələrinin sərhədi keçə bilmədiyini iddia edib.

Tyotkinoda iki nəfərin yaralandığı bildirilir. Baza teleqram kanalının məlumatına görə, yaralananlardan biri yerli sakindir. Məlumat dəqiqləşdirilir. İlkin məlumatlara görə, orada döyüşlər davam edir.

Moskva və Kyiv Rusiyanın iki regionunda sərhədlərin yarılması ilə bağlı xəbərləri rəsmi olaraq şərh etməyiblər.

Ukrayna Müdafiə Nazirliyinin hərbi kəşfiyyatının nümayəndəsi Andrey Yusov mətbuatla söhbətində qeyd edib ki, Rusiya ərazisində “Rusiya Azadlıq” legionu, Rusiya Könüllülər Korpusu və Sibir batalyonu müstəqil bölmələr kimi fəaliyyət göstərir, çünki onlar Rusiya vətəndaşlarından ibarətdir. Ukraynanın Kanal 24 televiziyası Yusovun sözlərinə istinadən bildiri ki, belə görünür, hazırda bu bölmələrin birgə əməliyyatı aparılır.

Hərbi əməliyyatlar şəraitində tərəflərin bəyanatlarını operativ şəkildə yoxlamaq mümkün deyil.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.