Son zamanlar yol qaydalarını pozanlar ciddi şəkildə cəzalandırılır, sürücülük vəsiqəsi almaq isə xüsusilə çətinləşib. Sürücülük vəsiqəsindən məhrumedilmə balının 20-yə qaldırılmasının planlaşdırılması həm adi, həm də sənət insanlarının bəziləri qayda pozuntularına daha tez-tez yol verməsinə səbəb olub. Yumor hissi yüksək olan müğənni Rüfət Axundov isə bu mövzuda olan suallara olan maraqlı açıqlamaları ilə yadda qalmağı bacarıb.
ANS telekanalında yayımlanan "Moto-moto" verilişinin bu dəfəki qonağı müğənni Rüfət Axundov olub. Aparıcının neçə yaşında sürücülük vəsiqəsi almısan? sualına, ifaçı səmimi cavab verib. O bildirib ki, vəsiqəni atasının düz 3 dəfə tapşırığından sonra ala bilib:
"İlk imtahanda atam demişdi ki, get otur, tapşırmışam. Amma elə oldu ki, tapşırığı tutmadı, kəsildim imtahandan. İkinci dəfə dedim ki, bəs mən tələsirəm, mənim "pravam" nə oldu? Dedi ki, get otur tapşırmışam. Yenə kəsildim. Üçüncü dəfə özü gəldi və tapşırdı. Mən də keçdim".
[media=http://www.youtube.com/watch?v=eNjRa4i5rZ4]