Rusiya orbitdə antikosmik silah yerləşdirmiş ola bilər

22-05-2024, 09:51   



Pentaqonun sözçüsü Pat Rayder çərşənbə axşamı bildirib ki, mayın 16-da Rusiyanın kosmosa buraxdığı peyk, çox güman ki, Yerin aşağı orbitində peyklərə hücum edə bilən kosmik silahdır.

Onun Amerika peykləri üçün təhlükə olub-olmaması ilə bağlı cavabında Pentaqon sözçüsü bunun Amerika peykləri ilə eyni orbitdə yerləşən peyk əleyhinə silah olduğunu vurğulayıb: "Şübhəsiz ki, biz bu obyekti izləyəcəyik".

"Reuters" izah edir ki, söhbət Rusiyanın "Kosmos 2576" peykindən gedir, o, 2019 və 2022-ci illərdə buraxılan və Pentaqonun kosmik silah olduğu təxmin etdiyi Rusiya peyklərinə bənzəyir. Bu peyklərdən biri uzun müddət Amerika kəşfiyyat peykini izləyib. Amerikalı analitiklərin sözlərinə görə, yeni Rusiya peyki "USA-314" Amerika kəşfiyyat peyki ilə eyni orbitə çıxarılıb və, yəqin ki, gələcəkdə Amerika peykinin yağınlığında olacaq.

Kosmosa silah yerləşdirilməsi məsələsi Son həftələrdə BMT-də Rusiya ilə ABŞ arasında qarşıdurmaya səbəb olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.