Beyləqanda pulsuz göz müayinələri - "GÖZ TİRİ" yola çıxdı

3-06-2024, 09:34   


Badam Medical Centerin səyyar klinikası iyunun 3-dən 17-dək Beyləqanda olacaq.
Klinikanın İctimaiyyətlə Əlaqələr üzrə meneceri Çingiz Özgürün doktorinfo.az-a verdiyi məlumata görə, məqsəd regionlarda əhalinin gözlə bağlı problemlərinin həllinə dəstək olmaqdır.
Beyləqan Rayon İcra Hakimiyyəti və Badam Klinikasının birgə tədbiri olan bu layihədə, göz müayinələrindən keçən vətəndaşlara həkim məsləhətləri veriləcək, ehtiyac yaranan hallarda müalicə ediləcək, cərrahi müdaxiləyə gərək olarsa, İcbari Tibbi Sığortanın dəstəyi ilə göndərişlər alınaraq BADAM Medical Centerdə peşəkar oftalmoloq-cərrahlarımız tərəfindən əməliyyat ediləcək.  
Müayinələri tibb ocağının NUR Göz Mərkəzinin həkimləri edəcək.
Səyyar klinika İcra Hakimiyyəti binasının qarşısında dayanacaq.
Əlavə məlumat almaq istəyənlər 0553525571, 0125386699, *6699 nömrələrinə zəng edə bilərlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.