Tərtər rayon icra başçısı Müstəqim Məmmədovun sakinlərlə kobud danışan, onlara qaba reaksiya verən görüntüləri yayılıb. Anaxeber.info məlumat verir ki, sosial mediada paylaşılan kadrlarda icra başçısı onu telefonla çəkən vətəndaşla aşağılayıcı tonda danışır, video çəkməyə imkan vermir, adamlarına tapşırır ki, telefonu onun əlindən alsınlar. Sakinlərin sözlərinə görə, Müstəqim Məmmədov özünü dövlət məmuru yox, ağa kimi aparır və sakinlərlə kobud danışır, heç kəsi dinləmir, özünü güllələnmiş sabiq başçı Elmar Vəliyev kimi aparır. Halbuki prezident icra hakimlərinə camaatla işləməyi tapşırıb.