İcra başçısının oğlu Aygün Kazımovanın qızını alır

28-04-2014, 12:11   
İcra başçısının oğlu Aygün Kazımovanın qızını alır
Tanınmış müğənni Aygün Kazımovanın qızı İlqarə yaxın vaxtlarda ailə qura bilər. Əldə etdiyimiz məlumata görə, müğənni hazırda qapısına gələcək elçiləri gözləyir.
İlqarənin ailə həyatı quracağı oğlan isə məmur övladıdır. Belə ki, həmin şəxsin icra başçılarından birinin oğlu olduğu deyilir. Verilən bilgilərdə qeyd olunur ki, oğlanın yaşı çox olsa da, onun İlqarə ilə münasibətləri bir xeyli əvvələ gedib çıxıb. Həmçinin həmin icra başçısı və oğlunun birlikdə adları bir neçə dəfə qalmaqala qarışıb.
Bundan əlavə İlqarə ilə evlənəcəyi şəxsin videogörüntülər də mövcuddur. Həmin görüntülərdə cütlüyün qapalı şəraitdə zarafatlaşdıqları, habelə istirahət zonalarından birində olduğu anlaşılır.
Qeyd edək ki, həmin icra başçısı və oğlunun kimlikləri bizə məlum olsa da, videogörüntülər əlimizdə olmadığından adlarını açıqlamırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.