Xalası Əhməd Əhmədovun cinayəti tək törətdiyinə inanmır

25-06-2024, 13:45   



Ailəsini qətlə yetirməkdə ittiham olunan şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərini qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun məhkəməsi başlayıb. İyunun 25-də məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə hakim Səbinə Məmmədzadə məlumat verib ki, Əhməd Əhmədov anlaqsız hesab olunduğuna görə icra hakimiyyətinin əməkdaşı onun qanuni nümayəndəsi kimi məhkəmədə iştirak edir.

Əhməd Əhmədovun xalası Şəfaqət Bədəlova bununla əlaqədar məhkəməyə etiraz edib. O bildirib ki, özü hüquqi varis qismində tanınmaq üçün müraciət etsə də, ona cavab verilməyib.

Məhkəmə prosesində bununla əlaqədar qalmaqal yaranıb və hakim Şəfaqət Bədəlovanın məhkəmə zalından çıxarılmasına göstəriş verib.

Bu cinayət işi üzrə məhkəmə araşdırmaları iyulun 4-nə təyin olunub.

Şəfaqət Bədəlova jurnalistlərə açıqlamasında bildirib ki, bu cinayəti Əhməd Əhmədovun tək törətdiyinə inanmır.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar