Gerasimovla Şoyqunun həbsinə order verilib

25-06-2024, 17:44   



CM onları hərbi və insanlığa qarşı cinayətlərdə şübhəli bilir

Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Rusiya Baş Qərargahının rəhbəri Valeri Gerasimov və keçmiş müdafiə naziri Sergey Şoyqunun həbsinə order verib.

Onlar hərbi cinayətlərdə və insanlığa qarşı cinayətlərdə şübhəli bilinir.

Həbs qərarlarının əsası Rusiya ordusunun Ukraynada mülki hədəflərə qarşı həyata keçirdiyi hücumlar olub.

Məhkəmədən bildirilib ki, ittiham aktında qeyd olunan cinayətlər ən azı 2022-ci il oktyabrın 10-dan 2023-cü il martın 9-dək törədilib.

Beynəlxalq Ədalət Məhkəməsi, Foto: By robert paul van beets/Shutterstock

2023-cü ilin yazında BCM Rusiya Prezidenti Vladimir Putin və uşaq ombudsmanı Mariya Lvova-Belovanın həbsinə order vermişdi.

Buna səbəb ukraynalı uşaqların Rusiyaya məcburi köçürülməsi göstərilirdi. Ancaq Kreml uşaqların təhlükəsizliyi üçün bu addımı atdığını qeyd edirdi.

Rusiya Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil, ona görə də onun tələblərini yerinə yetirməyə bilər.

Eyni zamanda, “Roma Statutu”nu ratifikasiya etmiş, ərazisində olduqları hər bir ölkə BCM tərəfindən axtarışda olan insanları həbs etməyə borcludur.

Müharibənin xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən 27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Ukrayna və Qərb ölkələri isə referendumu saxta adlandırıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.