Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə söhbətində Pentaqonun rəhbərinə Kiyev və Vaşinqtonun hərəkətləri səbəbindən nəzarətsiz eskalasiyanın mümkünlüyü barədə çox ciddi xəbərdarlıq göndərib.
Bunu “TASS”a Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib. Onun sözlərinə görə, Amerika nümayəndələri ilə dövlət və diplomatik standartlara görə orta səviyyədən yuxarı olan bütün təmaslar sırf utilitar (etik nəzəriyyə - qeyd) məqsədlər güdür. İki ölkənin müdafiə nazirləri arasında son təmas da bu baxımdan istisna olmayıb: “Rusiya tərəfdən ABŞ-a Kiyevin Vaşinqtonun birbaşa müdaxiləsi olmadan ağlasığmaz yeni mümkün təxribatları ilə bağlı çox ciddi xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq tamamilə idarəolunmaz nəticələrə səbəb ola biləcək daha təhlükəli eskalasiyanın qarşısını almaq üçün verilib”. Göründüyü kimi, üçüncü dünya müharibəsi riski qalmaqdadır. Bununla belə, Ukrayna müharibəsində NATO ordusu iştirak etmir. “Üçüncü dünya müharibəsi başlaya bilər”. Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına müsahibəsində belə demişdi. Nazir bildirmişdi ki, Avropada üçüncü dünya müharibəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və Rusiyanın Ukraynaya qarşı ikinci ildir apardığı hərbi əməliyyatlar fonunda başlaya bilər. Nazirin sözlərinə görə, Almaniya belə bir ssenariyə hazır olmalıdır: “Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi ehtimalına öyrəşməliyik”.
“Almaniya Kiyevi yaxşı müdafiə edən NATO ölkələrindən biridir. Berlin "Şimal axını-2" layihəsini də dayandıran tərəfdir. İndiyə qədər Ukraynaya böyük silah partiyası tədarük edib. Təkcə “Taurus” raketlərini vermir. Bununla belə, Ukrayna ilə təhlükəsizlik sazişi də imzalayıb. Hazırkı addımlara gəlincə, Rusiya ilə birbaşa müharibəni istisna edirəm. Təlimlər güc nümayişidir. Rusiyanın da Hərbi Dəniz Qüvvələri təlimlərə start verib" - professor Qabil Hüseynli “Yeni Müsavat”a belə söylədi. Politoloq NATO əsgərinin rus hərbçisi ilə üzbəüz döyüşünü proqnozlaşdırmır və hesab edir ki, eskalasiya riski yüksək olsa belə, tərəflərdən toqquşmadan çəkinirlər. Q.Hüseynli vurğuladı ki, NATO və Rusiya qoşunlarının hərbi əməliyyatlara başlaması dünya üçün fəlakət vəd edir: “Bunu tərəflər dərk edirlər. O baxımdan müdafiə bloku Kiyevə yardım göndərir, amma özü iştirakçı olmur. Əslində Alyans münaqişə tərəfinə çevrilib və dolayısı ilə Rusiya ilə müharibə şəraitindədir. Hətta "Soyuq müharibə" dövründə bu dərəcədə gərginlik və böhran olmamışdı. İndi daha kövrək beynəlxalq münasibətlər sistemi mövcuddur və dünya gücləri bundan da ağırının olmaması üçün çalışırlar. Hər halda, istər Almaniya, istər ABŞ Rusiya ilə müharibəni birbaşa deyil, indiki şəkildə davam etdirəcəklər". Professor qeyd etdi ki, tarixin hər iki müharibəsini almanlar uduzublar, indiki savaşda isə müttəfiqlər fərqlidir: “ABŞ Hitler faşizminə qarşı Sovet İttifaqının yanında olmuşdu. İndi biz rus işğalına qarşı ABŞ, Britaniya, Fransa və Almaniya kimi dövlətləri müttəfiq qüvvələr kimi görməkdəyik. Ona görə ehtimal edilən üçüncü dünya müharibəsi başlasa belə, bunun Almaniyadan başladığını söyləmək olmayacaq. Çünki bu dəfə müharibəni ruslar başladıbl turbo az mercedes
Rusiyanın müdafiə naziri Andrey Belousov iyulun 12-də ABŞ-ın müdafiə naziri Lloyd Ostinlə söhbətində Pentaqonun rəhbərinə Kiyev və Vaşinqtonun hərəkətləri səbəbindən nəzarətsiz eskalasiyanın mümkünlüyü barədə çox ciddi xəbərdarlıq göndərib. Bunu “TASS”a Rusiyanın xarici işlər nazirinin müavini Serqey Ryabkov deyib. Onun sözlərinə görə, Amerika nümayəndələri ilə dövlət və diplomatik standartlara görə orta səviyyədən yuxarı olan bütün təmaslar sırf utilitar (etik nəzəriyyə - qeyd) məqsədlər güdür. İki ölkənin müdafiə nazirləri arasında son təmas da bu baxımdan istisna olmayıb: “Rusiya tərəfdən ABŞ-a Kiyevin Vaşinqtonun birbaşa müdaxiləsi olmadan ağlasığmaz yeni mümkün təxribatları ilə bağlı çox ciddi xəbərdarlıq göndərilib. Bu xəbərdarlıq tamamilə idarəolunmaz nəticələrə səbəb ola biləcək daha təhlükəli eskalasiyanın qarşısını almaq üçün verilib”. Göründüyü kimi, üçüncü dünya müharibəsi riski qalmaqdadır. Bununla belə, Ukrayna müharibəsində NATO ordusu iştirak etmir. “Üçüncü dünya müharibəsi başlaya bilər”. Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalına müsahibəsində belə demişdi. Nazir bildirmişdi ki, Avropada üçüncü dünya müharibəsi Yaxın Şərqdə vəziyyətin kəskinləşməsi və Rusiyanın Ukraynaya qarşı ikinci ildir apardığı hərbi əməliyyatlar fonunda başlaya bilər. Nazirin sözlərinə görə, Almaniya belə bir ssenariyə hazır olmalıdır: “Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi ehtimalına öyrəşməliyik”.
“Almaniya Kiyevi yaxşı müdafiə edən NATO ölkələrindən biridir. Berlin "Şimal axını-2" layihəsini də dayandıran tərəfdir. İndiyə qədər Ukraynaya böyük silah partiyası tədarük edib. Təkcə “Taurus” raketlərini vermir. Bununla belə, Ukrayna ilə təhlükəsizlik sazişi də imzalayıb. Hazırkı addımlara gəlincə, Rusiya ilə birbaşa müharibəni istisna edirəm. Təlimlər güc nümayişidir. Rusiyanın da Hərbi Dəniz Qüvvələri təlimlərə start verib" - professor Qabil Hüseynli “Yeni Müsavat”a belə söylədi. Politoloq NATO əsgərinin rus hərbçisi ilə üzbəüz döyüşünü proqnozlaşdırmır və hesab edir ki, eskalasiya riski yüksək olsa belə, tərəflərdən toqquşmadan çəkinirlər. Q.Hüseynli vurğuladı ki, NATO və Rusiya qoşunlarının hərbi əməliyyatlara başlaması dünya üçün fəlakət vəd edir: “Bunu tərəflər dərk edirlər. O baxımdan müdafiə bloku Kiyevə yardım göndərir, amma özü iştirakçı olmur. Əslində Alyans münaqişə tərəfinə çevrilib və dolayısı ilə Rusiya ilə müharibə şəraitindədir. Hətta "Soyuq müharibə" dövründə bu dərəcədə gərginlik və böhran olmamışdı. İndi daha kövrək beynəlxalq münasibətlər sistemi mövcuddur və dünya gücləri bundan da ağırının olmaması üçün çalışırlar. Hər halda, istər Almaniya, istər ABŞ Rusiya ilə müharibəni birbaşa deyil, indiki şəkildə davam etdirəcəklər". Professor qeyd etdi ki, tarixin hər iki müharibəsini almanlar uduzublar, indiki savaşda isə müttəfiqlər fərqlidir: “ABŞ Hitler faşizminə qarşı Sovet İttifaqının yanında olmuşdu. İndi biz rus işğalına qarşı ABŞ, Britaniya, Fransa və Almaniya kimi dövlətləri müttəfiq qüvvələr kimi görməkdəyik. Ona görə ehtimal edilən üçüncü dünya müharibəsi başlasa belə, bunun Almaniyadan başladığını söyləmək olmayacaq. Çünki bu dəfə müharibəni ruslar başladıbl turbo az mercedesar./Musavat.com