Bərdə rayon Mərkəzi Xəstəxanasından görüntülər yayılıb. Anaxeber.info bildirir ki, sosial şəbəkələrdə paylaşılan videoda vətəndaşların etirazları öz əksini tapıb. Xəstəxanada nə həkim, nə təcili tibbi yardım tapa bilməyən, uşaqlarını ağır vəziyyətdə Bərdə RMX-ya gətirən valideynlər buradakı yiyəsizlikdən şikayətlənirlər. Videodan görünür ki, xəstəxanaya polis də çağırılıb. Ümumiyyətlə, Bərdə mərkəzi xəstəxanası biabırçı vəziyyətdədir. Burada nə normal tibbi xidmət var, nə də tibbi personal yerindədir. Xəstəxanada baş həkimdən tutmuş sıravi işçilərə qədər kimsəni yerində tapmaq olmur. TƏBİB isə Bərdə RMX-dakı vəziyyətlə əlaqədar təcili tədbir görməlidir.