İran təhdid etdi, ABŞ adamını Bakıya göndərdi - Nə baş verir?

9-09-2024, 21:04   




ABŞ Müdafiə Kəşfiyyat İdarəsinin Avropa Avrasiya Regional Mərkəzinin rəhbəri Patrik Priorun Azərbaycana səfəri diqqət çəkib.

Vaşinqton rəsmisi səfər çərçivəsində Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə bir araya gəlib. Görüşdə ABŞ-Azərbaycan münasibətləri və təhlükəsizlik əməkdaşlığı müzakirə edilib.

Patrik Prioru Bakıya gətirən nədir? Onun Hikmət Hacıyevlə görüşündə hansı məqamlara toxunulub? vakansiya 2023

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ bir müddətdir Cənubi Qafqazda kommunikasiyaların açılması istiqamətində fəallıq nümayiş etdirir:

“Paralel olaraq, son zamanlar İranda bunun əksi yönündə fəallıq görünür. Həmçinin bir müddət əvvəl “Caliber” saytında ABŞ hərbi kontingentinin Zəngəzura yerləşdirilməsi barədə faktlara əsasən məlumat dərc edilmişdi. Doğrudur, ABŞ-ın Azərbaycandakı səfirliyi bu informasiyanı təkzib etdi, ancaq məlumatın əksini sübuta yetirəcək heç bir fakt təqdim olunmadı. ABŞ rəsmisinin səfərində bu məsələlər də müzakirə edilə bilər”.

Politoloqun sözlərinə görə, iki ölkə rəsmisinin görüş zamanı Zəngəzur dəhlizinin açılması məsələsini də müzakirə etməsi mümkündür:

“Düşünürəm ki, Patrik Prioru Bakıya gətirən əsas məsələ İranın başlatdığı təhdid siyasəti və Zəngəzur dəhlizi ilə bağlıdır. Həmçinin ABŞ Azərbaycan-Ermənistan sülh danışılarını də diqqətlə izləyir. Ola bilər ki, yaxın zamanda Vaşinqtonun vasitəçiliyi ilə Bakı və İrəvan arasında növbəti görüş baş tutsun.

Hazırda Azərbaycan regionun əsas aparıcı dövlətlərindəndir və bu cür yüksəkrütbəli rəsmilərin okeanın o tayından tez-tez Bakıya ziyarətlərinin hələ çox  şahidi olacağıq”.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.