Xəbər verdiyimiz kimi Nizami rayonunda ağaclar kəsilib, yerində obyekt tikiləcəyi iddia olunur.
Məsələ ilə bağlı aidiyyatı qurumlar sorğumuza verilən cavablarında biri birini təkzib edir.
Belə ki, Bakı şəhər icra Hakimiyyətindən sorgumuza cavab olaraq bildirilir ki, Baki şəhər yaşıllaşdırma təsərrüfatı birliyinini əməkdaşları tərəfindən 7 sentyabr tarixində Babək prospekti 89 ünvanına baxış keçirilərkən ərazidə ümumi sayı 22 olmaqla ağac və kolların kəsilməsi faktı aşkar edilmişdir. Faktla bağlı materiallar toplanaraq aidiyyatı üzrə hüquq-mühafizə organlarına müraciət edilmişdir.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin məlumatında qeyd olunur ki, Nizami rayonu, Babək prospekti 89 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət Xidmətin əməkdaşları tərəfindən yerində araşdırılıb və ağacların kəsildiyi faktı təsdiqini tapıb. Faktla bağlı akt tərtib olunub.
Yaşıllıqlara dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkarların müəyyən olunması məqsədilə toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.
Lakin Nizami rayon icra hakimiyyətindən bildirilib ki, Nizami rayonunda yaşıllıqların vəziyyəti ilə bağlı keçirilən monitorinqlər zamanı müəyyən olunmuş köküstü quru, qəzalı, xəstəliklərə yoluxmuş ağacların aidiyyəti qurum tərəfindən verilmiş müvafiq rəylər əsasında götürülməsi həyata keçirilir. Qeyd etdiyiniz Babək prospekti 89 ünvanındakı ağac və kollar quru və xəstəliyə yoluxması səbəbindən götürülmüşdür. Həmin ərazidə hər hansı bir tikinti işlərinin aparılması nəzərdə tutulmayıb.
Göründüyü kimi Bakı şəhər icra Hakimiyyəti, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ağacların qanunsuz kəsildiyini bildirir və hüquq-mühafizə orqanlarına müraciət olunmasını vuruğulayırlar lakin Nizami rayon icra hakimiyyəti isə ağac və kollar quru və xəstəliyə yoluxması səbəbindən götürülməsi bildirilir.
Məsələ qalır hüquq-mühafizə orqanların araşdırmasına Nizami rayonunda ağacları kim kəsir və hansı qurum qanunsuzluğa yol verir?
Araşdırmalarımız davam edir.
xalq.az