Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir

17-09-2024, 09:43   




 0
Miller: ABŞ Azərbaycan və Ermənistan XİN rəhbərlərini bir araya gətirmək imkanını nəzərdən keçirir

ABŞ həmişə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək imkanını səbirsizliklə gözləyir.

"Report" xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib.

"Biz hər iki ölkənin davamlı və layiqli sülh sazişinə nail olmaq səylərini dəstəkləməyə davam edirik. Onlar sülh sazişinin tamamlanmasında əhəmiyyətli irəliləyiş əldə ediblər və biz onları mümkün olan hər bir şəkildə, o cümlədən faydalı olacağı təqdirdə görüş təşkil etməklə dəstəkləməyə hazırıq", - o deyib.

Tags:

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.