BU GÜN YENİ PARLAMENTİN İLK İCLASIDIR – YAP spiker postuna Sahibə Qafarovanın namizədliyini irəli sürdü (Yenilənib)

23-09-2024, 09:07   




Yeni Azərbaycan Partiyasının yeni seçilmiş deputatlarının iclası keçirilir.

APA-nın xəbərinə görə, iclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri postuna namizədi müəyyənləşib.

YAP-ın Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarovadır.

Sahibə Qafarova bundan əvvəl VI Çağırış Milli Məclisin sədri olub.

Qeyd edək ki, bu gün VII Çağırış Milli Məclisin ilk iclası da keçiriləcək. Milli Məclisin yeni tərkibdə ilk iclasında parlamentin sədri və onun müavinləri seçiləcək.

Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib. 

***

Bu gün 1 sentyabr növbədənkənar parlament seçkilərində formalaşmış VII çağırış Milli Məclisin ilk toplantısı keçiriləcək.

“AzPolitika.info” xəbər verir ki, ilk iclasda Prezident İlham Əliyev iştirak və çıxış edəcək.

Bundan sonra Milli Məclisin rəhbərliyi seçiləcək.

Spiker postuna əsas namizəd hazırkı sədr Sahibə Qafarova hesab olunur. Lakin bu posta YAP tərəfindən partiyanın sabiq icraçı katibi, Baş nazirin keçmiş müavini Əli Əhmədovun namizədliyinin irəli sürüləcəyi də istisna deyil.

Birinci vitse-spiker postuna da azı 2 real namizəd var – həmin Əli Əhmədov və Əli Hüseynli.

Fəzail İbrahimlinin vitse-spiker postunu qoruyacağı gözlənilir. Adil Əliyevin boşaltdığı digər vitse-spiker postuna namizədlər sırasında da bir neçə şəxsin adı çəkilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.