Milli Məclisin İintizam Komissiyasının üzvü Nəsib Məhəməliyev bildirib ki, hansısa deputatın yorğunluqdan mürgüləməsindən danışmaqdansa, Prezidentin geniş məzmunlu çıxışından bəhs etmək lazımdır:
“VII çağırış Milli Məclisin ilk iclası keçirildi və iclasda cənab Prezident İlham Əliyev də iştirak etdi. Prezidentimiz ölkə qarşısında duran ən aktual məsələlərə aydınlıq gətirdi. Kifayət qədər ətraflı, məzmunlu çıxış oldu. Dövlət başçısının çıxışında həm dostlarımıza, həm də düşmənlərimizə, Milli Məclisin üzvlərinə mesajlar verildi. Daha çox bundan danışmaq lazımdır, nəinki Milli Məclisdə iclas zamanı hansısa deputatın yorğunluqdan mürgüləməsindən”.