Sentyabrın 23-də VII çağırış Milli Məclisin ilk iclası keçirilib. İclas zamanı parlament sədri, vitse-spikerlər, komitə sədrləri və onların müavinləri seçilib.İclasda ölkə başçısı İlham Əliyev də iştirak edib. Dövlət başçısı iclas zamanı geniş və dolğun məzmunlu nitq söyləyib.
İclas iştirakçıları VII çağırış Milli Məclisin elə ilk iclasında, həm də Prezidentin çıxış etdiyi məqamda yuxulaması ciddi müzakirələrə və tənqidlərə səbəb olub.
İclas zamanı Ədalət Vəliyevində görüntüləri yayılıb. Ədalət Vəliyev Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışır. Həmin şöbə birbaşa Milli Məclisə nəzarət həyata keçirir.
XALQ.AZ həmin anları təqdim edir: