“Unibank” faiz bataqlığıdır, məndən 3 min manata 8 min manat faiz istədilər” - NARAZILIQ VAR...

Dünən, 08:29   


2020-ci ildə “Unibank”dan “Albalı” kartı əldə etmişəm. Kartdan istifadə edəndə bilmirdim ki, faizləri yüksəkdir. Mənə demişdilər ki, kartla alış-veriş edəndə faizi çox olmur. Belə təkliflə həmin kart mənə verilmişdi. Sonra mənim limitimi artırıb 4 min manat etdilər. Kartın çox dəhşətli dərəcədə yüksək faizi var. Aylıq 225 manat ödəniş edirəm. Onun da təxminən 100 manatı balansa oturur, qalanı faizə çıxır. Təsəvvür edin, 225 manatın 140 manatı faizə çıxır. Bu get-gedə azalmalıdır, amma əksinə çoxalır. Sanki faiz bataqlığıdır, girirsən çıxa bilmirsən”.

Bunu Medianews.az-a açıqlamasında şikayətçi Faiq Cerçiyev deyib.

O qeyd edib ki, daha sonra banka bir təklif irəli sürüb: “Müraciət edib dedim ki, siz mənə kredit verin, mən albalı kartını bağlayım. Konkret mən də bilim ki, aylıq 200 manat ödəyəcəm və bu da mənim kreditimdən çıxılacaq. Onlar mənə 3 min manat krediti 36 aya, geri ödəniş məbləği 8 min manatdan çox olmaq şərtilə təklif etdilər. Hesablayanda belə çıxır ki, onlar 50 faizdən də çox faizlə kredit verirlər. Bank olaraq faizləri çox yüksəkdir. Banka bildirdim ki, belə olmaz, faizlərdən imkan edib krediti ödəyə bilmirəm. Bankdan da mənə dedilər ki, bizdə belədir, istifadə etmisizsə məbləğ geri ödənilməlidir. Hazırda banka 4229 manat borcum var”.

Mövzu ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.