RF prezidenti Vladimir Putin oktyabrın 8-də MDB Dövlət Başçıları Şurasının iclasından əvvəl Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla görüşəcək. KİV-in yaydığı məlumata görə, bu barədə RF prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, hələlik üçtərəfli görüş planlaşdırılmayıb.