Bir neçə gün əvvəl Bakı sakini Ramin Qarayev Anaxeber.info vasitəsi ilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək ona məxsus olan 77 FP 762 dövlət nömrə nişanlı avtomobilinin oğurlandığını bildirmişdi. Vətəndaş sentyabrın 11-də baş vermiş oğurluq faktı ilə bağlı 102 Xidmətinə məlumat vermiş, iş Suraxanı rayonu 33-cü polis bölməsinə yönləndirilmiş, lakin müraciətə laqeyd yanaşılmışdı. Ona görə də R. Qarayev təhqiqat aparılması üçün cənab V. Eyvazovdan köməklik göstərilməsini xahiş etmişdi. Vətəndaş bildirmişdi ki, ümid yeri DİN rəhbəridir. Onun müraciəti Anaxeber.info-da yayımlandıqdan çox keçməmiş, dərhal nazirlik məsələyə reaksiya verib. R. Qarayevin sözlərinə görə, onunla əlaqə saxlanıb, iş operativ şəkildə araşdırılıb və avtomobili tapılaraq sahibinə qaytarılıb. Bu diqqətə və operativ reaksiyaya görə həm vətəndaş Ramin Qarayev, həm Anaxeber.info Daxili İşlər Nazirliyinə və nazir cənab Vilayət Eyvazova təşəkkürünü bildirir.
Anaxeber.info