Ekspertlərin rəyi bu kolbasaların……..

11-10-2024, 14:29   




A A



Bu gün ölkədə müxtəlif müəssisələrin istehsal etdiyi fərqli adda və çeşiddə kolbasa məhsulları satılır. Bu kolbasaların etiketlərinə inansaq hər müəəssisənin mütləq “halal” məhsulu var.


XALQ.AZ xəbər verir ki, sonuncu dəfə 2018-ci ildə “Səhliyalı” kiçik müəssisəsi, “Hakan Foods Azərbaycan Trading Co. Ltd” MMC, “AZProtein Foods Group” MMC, “M&T LTD” Firması, “Zəhmət-Ruzi” MMC, “AL-SAN” MMC, “Orxan-SS” və “Ovçular ət və ət Məhsulları” MMC “halal” sertifikatı alıb. Bu siyahıda adı olmayan müəssisələrin istehsalı olan kolbasa və sosislərin “halal” sertifikatı qanuni sayılmır.

Ancaq yuxarıda adı çəkilən bu müəssisələrin də son 5 ildə “halal” adı ilə satılan məhsullarının halal olmadığı məlum olub.


“Səhliyalı” müəssisəsinin “Min bərəkət halal nemət” kolbasa və sosisləri “halal” adı ilə satılsa da, istifadə edilən ətin mənşəyi göstərilmir. Dəfələrlə məhsullardan siçan quyruğu və sair çıxıb.

“Orxan-SS” müəssisəsinin “CF” və “Kristal” kolbasaları da uzun müddət “halal” nişanı ilə satılıb. Sonradan məhsulların etiketində yazılan məlumatların saxta olduğu məlum olub. Müəssisədə həm halal, həm də donuz piyi vurulan kolbasalar eyni aparatlarda hazırlanırmış. Müəssisənin “halal” nişanlı “Servelat”kolbasalarında donuz əti aşkarlanmış, “Baranina”, “Kristal həvəskar”, “Servelat Xəzər”, “Dokdorskaya”, “Krakovskaya”, “Pəhriz”, “Oxotniçye” məhsullarının da etiketində saxta məlumatlar yerləşdirildiyi məlum olmuşdu.

“Ovçular ət və ət məhsulları” MMC-nin “Servalat halal”, “Ovçular halal”, “Həvəskar”, “Hinduşka” kolbasalarının, “Moloçniye” sosiskalarının gigiyenik sertifikat və müvafiq reseptura olmadan, “Halal bərəkət”, “Halal”, “Halal ovçular” kolbasalarının da gigiyenik və uyğunluq sertifikatı olmadığı məlum olmuşdu. “Halal” sözü yazılmış “Ovçular” kolbasasından da donuz piyi çıxmışdı. Bu nöqsanlara görə müəssisə hətta bir neçə dəfə cərimələnib.

“M&T LTD” Firmasının “Sevimli dad” sosiskaları mal əti adı ilə satılsa da, tərkibində donuz əti aşkarlanmışdı.Həmçinin nə Qafqaz Müsəlmanları İdarəsi, nə də Dini Komitə müəssisənin “Hacı Turqay” kolbasa və sosiskalarına halallıq sertifikatı verməyib, amma hələ də halal adı ilə satışdadır.

“Al-Sana” MMC-nin də “Payım” kolbasa və sosiskalarının halal qida standartlarına uyğun olmadığı üçün sonradan “Uyğunluq Sertifikatı” ləğv edilib. Amma müəssisə hələ də “halal” adı ilə kolbasa və sosis istehsal edir.

Qeyd edək ki,ekspertlərin açıqlamalarına görə kolbasa və sosis məhsulları ətdən hazırlanmır belə ki, mütəxəssislərin rəylərinə görə istehsal olunan məhsullara dadlandırcı vurulur və budainsan orqanizmə zərərlədir.

İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur. Belə ki istehsal zamanı E250  maddəsi məhsula vurulduqda zamanla ağır xəstəliklərə gətitib çığarda bilir.
E 250 – natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

facebook sharing button
twitter sharing button
whatsapp sharing button
messenger sharing button
telegram sharing button
vk sharing button
odnoklassniki sharing button
gmail sharing button
email sharing button
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar