Rafail Mehrəliyev Eldar Əzizovu necə aldadır?

11-10-2024, 16:57   




A A



Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTB) Sanitariya və Texniki Təmizlik İdarəsinin tenderi ləğv edilib.XALQ.AZ xəbər verir ki, bu barədə satınalmalar portalında məlumat yerləşdirilib.
Bildirilir ki, sözügedən idarə 3-ü “VAN” tipli yük, digər ikisi isə sedan tipli olmaqla, 5 avtomobil almaq üçün tender elan edibmiş. Bunun üçün 454.870 manat pul xərcləməyi nəzərdə tutan İdarənin arzusunu isə Anti-İnhisar və İstehlak Bazarına nəzarət Dövlət Xidməti reallaşdırmağa imkan verməyib. Rəsmi açıqlamada qeyd edilir ki, AİİBNX bununla bağlı 01.10.2024-cü il tarixli AİBNDX/SQ-9735/2024 saylı qərar qəbul edib.
Xatırladaq ki, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin (MKTB) rəhbəri adı bir sıra qalmaqallara qarışmış Rafail Mehrəliyevdir. Departamentin Sanitariya və Texniki Təmizlik İdarəsinin rəisi isə Hüseynov Mübariz Həsən oğludur. Onun Rafail Mehrəliyevin ən yaxın adamıl olduğu və bir sıra işlərdə əsas yardımçısı olduğu deyilir.


Həmçinin qeyd edək ki, Rafail Mehrəliyev  bir necə müddət öncə elan etdiyi tender ləğv olunub. Belə ki, idarə   199.900,26 manatlıq dəftərxana və təsərrüfat mallarının satın alınmasını reallaşdırmaq niyyətində olub.

Lakin  AİİNBX qanun pozuntusu aşkarlayıb və tender ləğv olunub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.