“Şaurma N1” qalmaqalına aydınlıq gətirəcək, bir çox gizli məqamların üstün açacaq şok məlumat əldə etmişik. Sizə təqdim etdiyimiz stenoqram 2017-ci ilin avqust ayında, Bakı şəhəri, Xətai rayonu, Rahib Məmmədov 1c ünvanında yerləşən şəxsi tikilinin həyətində Şaurma1-in idarəçilərinin toplantısına aiddir. Sonradan Aqil Babayevi ittiham edənlərin onun qarşısında etirafları və digər məqamlar gerçək mənzərəni üzə çıxarır.
Aqil Babayev | 00:00:00 | O, bu, konkret ad çək kim gəldi, kim dedi, nə istədi |
Heydər Cəfərov | 00:00:06 | Qardaş, Natiqin bu axırıncı məsələsi. Natiq yadındadıda Layiqlə söhbət |
Natiq Sadıqov | 00:00:11 | Yadımdadı |
Heydər Cəfərov | 00:00:14 | Orda Elnur Mehdiyev Sizin tapşırığnızla (Elnur dediyinə görə) gəldi, Zamində ordaydı. Elə zolnan girdi içəri, ki bəs Natiq pulları xərcləyir ora bura. Bəs sonrada gəlirki pul yoxdu ortada. Mənə tapşırılıb ki bütün hesabatı cıxardım verim. Heydər davay aç bax gör nə var nə yox. |
Aqil Babayev | 00:00:45 | Elnur Balaban deyir? (Elnur Mehdiyev) |
Heydər Cəfərov | 00:00:46 | Bəli, Sizin adınızdan gəldi bizə, Zamində ordaydı. Hə bəs bu tapşırıqdı tez elə tez elə, mən çatdırım kağızları. Sözündən belə cıxdı ki sübut elə ki Natiq buranı dağıdır, ortada qalanı aparır verir. |
Heydər Cəfərov | 00:01:08 | Hə məndə baxıram ki yəni burda belə şey yoxduda, yəni ki olan rasxodlar göz qabağındadı və qalan pul budu. Dedim Natiqin burda elədiyi şey budur ki, götürür-götürür, sonrada ona uyğun bölünəndə…cıxır. |
Natiq Sadıqov | 00:01:20 | Bir dəqiqə Qardaş, üzür istiyirəm olar deyim. Bizdə elə bil necə gedirdi proses. Elə bil tutaq ki 1-15-i otçot eləmirik, məslən tutaq ki Mayın 15-i otçotdu uje biz bilirikdə təqribi ayda qazanc nədi…Tutaq ki May ayına məsəlüçün 10 mindisə. Mən elə bil 15 gün ərzində tutaq ki 7 min rasxod eliyirəm onsuzda bilirəm ki ayın 15-nə 10 mindi…….. 7 min, uje 15-i 3 min götürürəm |
Natiq Sadıqov | 00:01:45 | O otçot cıxanda tutaq ki baxırıq ki ortada 30 min qalıb, Heydər mənim borcum nə qədərdi? Məsələn 30 min qalanda, 15 / 15 di. Heydər mənim borcum nə qədərdi, 7 min. Deyirım qardaş mən 7 min götürmüşəm mənim 8 minimi ver. Yəni bu belə olub. |
Natiq Sadıqov | 00:02:01 | Prosta ayın 15-nə qədər o deyir bu deyir ver, hə deyirəm min götür 2 min götür 5 götür, ama hamısı yazılır. Elə bil 15-i 15 min götürmək əvəzinə 7-si gedib 8 min götürürəm. Eyni şey olur da 15-i bağlanır. |
Heydər Cəfərov | 00:02:15 | Yəni Qardaş, Natiqin adına nə götürülübsə mən komputerdə Natiqin adına qeyd eliyirəm, sonra ordan qalanı cıxırıq ortada qalanı götürür. |
Aqil Babayev | 00:02:24 | Yox bu Balaban (Elnur Mehdiyev) hansı o hayətlə gəlib o ifadəni sənə işlədib. Ona kim tapşırıb, kim deyib ona? |
Heydər Cəfərov | 00:02:32 | Qardaş gəldi çatdırdı ki belə bir söhbət oldu, orda…. |
Aqil Babayev | 00:02:35 | Söhbət….. demək eşidib və həmin o söhbət barəsində özü təşəbbüs göstərib ki deməli bunu belə eləmək lazımdı. |
Heydər Cəfərov | 00:02:41 | Yo Qardaş Sizin adınızdan birbaşa… |
Aqil Babayev | 00:02:43 | Hə də mənim adımdan belə eləmək lazımdı, özü onu eliyə bilməz axı elənçinə |
Heydər Cəfərov | 00:02:45 | Dedi ki mənə tapşırıq verdi ki, Heydərə Zaminə tapşır ki araşdırsın…elə olduda Zamin? |
Zamin İmanov | 00:02:50 | Bəli, Qardaş. |
Aqil Babayev | 00:02:51 | Özdə Balabana…?! (Elnur Mehdiyev-ə) |
Heydər Cəfərov | 00:02:52 | Balabana.Yəni, elədə şeynən….. girdi içəri….orda yəni …. elə bil konkret qəzəb….yəni Natiqinelə bil hayıf cıxmaq şeyiynən gəldi |
Aqil Babayev | 00:03:03 | Həəə… |
Heydər Cəfərov | 00:03:05 | Yəni elə bil kozurnan ki, mənim əlimə kozur düşdü.Belə çıxartdım göstərdim, deyir dəqiq sübut göstər elə göstər belə göstər. Məndə o kağızı çıxartdım bu kağızı çıxartdım. Hə nəsə bunu araşdır mənə məlumat ver mən məlumat verməliyəm..yəni belə bir söhbətlət oldu….neçə gün bu davam getdi |
Natiq Sadıqov | 00:03:25 | Özdə öz adınan gedibdə onlara |
Aqil Babayev | 00:03:26 | Öz adınan…həəə konkret |
Zamin İmanov | 00:03:28 | Qardaş, bizdə utandıq yəni ki…. özümüz…..yəni….biz fikirləşdik ki bəlkə siz bizi çağıracaqsıznəsə o hesabata görə..bizdə qaldıq belə gözdədik |
Aqil Babayev | 00:03:36 | Gözdədiz, gördüz mən çağırmamışam bəs işin üstünə düşərdizdəə…niyə şübhələnmədiz məsələdən? Həəə, tapa bilmirdiz məni? |
Zamin İmanov | 00:03:48 | Gəlməliydik…………Dəqiqləşdirməliydik. |
Aqil Babayev | 00:04:00 | Yaxşı davam edin..həə |
Natiq Sadıqov | 00:04:01 | Bunlar…indi Qardaş mən bu prosesə görə görürəm ki bunlar mənə tərsdiyə durublarda…ancaq bunlar şükür Allaha kiikisidə görüblər ki…..mən pulu Qardaş…..halbu ki səlahiyyətim ola ola…. |
Aqil Babayev | 00:04:00 | Hou kas… |
Heydər Cəfərov | 00:04:19 | Bu neçə dəfədə olub Qardaş, yəni bunların Natiqlə bağlıda elə bil….yəni sizin yanıvızdan gəlib….yəni belə hökmnən ki….Natiqə belə deyildi…Natiq belə eliyir…..qohumlarıynan…filankəs budu…o axırıncı yenə də o söhbətdə…yəni…o Layiqlə olan məsələdə filankəsə filan deyildi…… filankəsə filan deyildi…..Yəni ora birinci o Elçin var idi eeee o Elçin təzə təzəora işə gələndə…..bu elə bil xalaoğlunun yeznəsidi, onu Natiqdən xahiş eləmişdim. Onu (Elçini) orda görən kimi Elnur (Mehdiyev) içəri girən kimi başladı ki, aaa bu tülküyə oxşuyur, filandı. Heydər, 100% onu sənin yerivə qoyacaqlar bura, onu sənin yerivə hazırlaşdırırlar…hə hazır ol sənin torban hazırdı |
Natiq Sadıqov | 00:05:21 | Ancaq bir birinə vurureee hamını |
Heydər Cəfərov | 00:05:24 | Sonra, Ceyhun (Məhərrəmov) təzə təyin olunanda da bu axırıncı söhbətdə də…Amay (Şaurma N1-in Amay filialı) birinci deyəsən alındı Elnurdan (Mehdiyev)…onda gəldi başdadı ki Zaminin yanında üfürməyə ki, həəə Layiqi….indi oda bilir Layiqlə Zamin yaxındı deyə, Zamin gedib Layiqə çatdıracaq. Həəə, getsin Layiq şükür eləsin mənə mənim kimi müdir görməyəcək. Ceyhun (Məhərrəmov) onunla mən elədiyim kimi rəftar eləmiyəcək, yəni şellənmiyəcək də orda. Şellənirdi indiyənə kimi mənim vaxtımda…indi getsin şükür eləsin ki mən….. |
Aqil Babayev | 00:06:01 | Həəə də sənin kimi müdiri hardan tapmaq olar? Buraxmısan başdı başına, Şanxay eləmisən, camaatda başdı başına nə istiyir eliyir….kim hara istiyir gedir, hardan istiyir gəlir…Nə yiyəsi var nə böyüyü var, düz danışır da…olan şeyi deyir.. |
Natiq Sadıqov | 00:06:14 | Layiq o boyda pul oğradığına görədə… |
Aqil Babayev | 00:06:17 | Həəə də, bəs onun kimi belə müdir hardan tapacaq ki birdə belə pul oğurlasın? |
Heydər Cəfərov | 00:06:21 | Ceyhun (Məhərrəmov) onu çapaçaq da…..yəni sözündən belə çıxdı……Sonra, ikinci obyekt alınnda…deyəsən İnqilab alınmışdıda….onda da girdi içəri….yadıva gəlirsə Zamin səndə orda idin….başdadı ki….həəəə Ceyhun (Məhərrəmov) getdi mənim torbamı tikdi, Ceyhun deyə bilərdi ki bəs o qalsın…..mən elə bil söhbətin ortasından girdim…. |
Aqil Babayev | 00:06:53 | Ceyhun (Məhərrəmov) gəldi mənə dedi ki……, bəs Balabanı işdən cıxart!!…mənə də Ceyhuna qulaq asdım işdən cıxartdım!?!? |
Heydər Cəfərov | 00:06:21 | Yo, İnqilabıda alaq, onda hələ tam cıxmamışdı. |
Aqil Babayev | 00:07:02 | Nəəəə, mahiyyəti eynidi də yəni..Ceyhuna biz qulaq asaq yəni. |
Heydər Cəfərov | 00:07:05 | Yəni danışdı xeyli, məndə dedim ki Elnur səbirli olda Ceyhun özbaşına gəlmiyib bura, yəni ki səbr eləmək lazımdı…axırına baxmaq lazımdı…yəni belə olmaz. Onan sonra Ceyhun gəldi…həəə bu moment Ceyhun girdi içəri…bu valı fırlatdı…sonra Ceyhunla çıxdılar çöldə söhbət elədilər….sonra biraz keçdi gəldi girdi içəri ki, aaa yoxeee orda məsələ Ceyhunluq olmuyub, filan olub bəsməkan olub….başdadı ki,……orda yəqin söhbət eləmişdi onan, yəqin qorxuya düşüb gəlib o sözü bizim yanımızda dedi mən belə başa düşdüm. Yəni orda uje istər istəməz….əgər sən Ceyhunla görüşməli idinsə…. gözləməli idindəəə…… gəlsin söhbət eləsin…orda uje gəldin iki nəfərin içərisində istər istəməz saldın getdi dəəəəə |
Aqil Babayev | 00:08:08 | Vaxtımız azdı, bu cammatla bağlı…sizi hədəliyən, qorxudan, təşviş salan, xəyanətə yol açan, oğurluğa yol açan, bu camaat ki var onlar barəsində danış. Başqa nə iş görüblər bunlar? |
Heydər Cəfərov | 00:08:34 | Qardaş, o vaxtı Keşləyə depozit verib orda hesabata gedirdim..yəni orda əksik olurdu artıq olurdu otçotda…yəni orda açığı mən tələb eləmək istədim….orda Həkimnən eliyirdim…deyirdi, budu da neyniyək 3 dənə adam girir kassaya cıxır: o pulu yazır bu götürür. |
Aqil Babayev | 00:09:01 | Kim deyirdi onu? |
Heydər Cəfərov | 00:09:02 | Həkim(İlham Əsgərov Yaqub oğlu) demişdi |
Aqil babayev | 00:09:04 | Hansı Həkim? |
Natiq Sadıqov | 00:09:05 | Miqdad (İlham Əsgərov Yaqub oğlu) |
Aqil babayev | 00:09:06 | O, harda işdiyirdi ki onda? |
Natiq Sadıqov | 00:09:08 | Keşlədə (Şaurma N1-in anbarında) |
Aqil babayev | 00:09:09 | Həəə, deyirdi ki budu? |
Heydər Cəfərov | 00:09:11 | Yəni orda elə bil ki deyir di ki əksik üksük olacaqdaaaa…Etibarda (Novruzov) girirdi kassaya, Həkimdə girirdi kasssaya Elmarda girirdi kassaya |
Aqil babayev | 00:09:16 | Həəə, yiyəsi yoxduda, düz deyirdəəəə. |
Heydər Cəfərov | 00:09:17 | Həəə yəni ki belə…mən yazıram, o birilər yazmır…mən yazmıram, onlar yazır…belə minvalnanda yəni davam elədi, məndə tələb eləmədim, nə otçot verirdilər onu yazırdım. |
Aqil Babayev | 00:09:36 | Ömərdən danış (Ömər Qurbanov) |
Heydər Cəfərov | 00:09:38 | Qardaş, Bəhruz (Kavə)…Ömər…….Qardaş bu Ömərin hiyləgər olmağını, bu Ceyhun məsələsi olanda mən başa düşdüm….o söhbətlərdən sonra…Ömərin bir sözüyadımda qaldı ki……Bəhruz qayıtdı ki bəs Ceyhun(Məhərrəmov) düz işləmirdi orda, Ceyhun (Məhərrəmov) gərək siyasətlə işləyərdi orda. Bə görürsən məni qoyublar bura Mərdəkana (Şaurma N1-in filalı), mən burda siyasət eləməsən, bunlar mənim 2 dəqiqədə torbamı tikərlər….kassirləri nəzərdə tutrdu. |
Aqil Babayev | 00:10:30 | Siyasət nə deməkdi siyasət? Müaviyyənin siyasətindən danışır yəin……..Kassirlər sənin torbavı necə tikə bilər ki sən düzgün işləyənən sonra…..Düzgün işləyən adam özü kassirlərin torbasın tikər yəqin ki, lazım olandaa. Bu nə yanaşma tərzidi ki? |
Heydər Cəfərov | 00:10:50 | Birdə Qardaş, bu hiylələrini Kərəm gilin söhbətində elədilər. Natiq Kərəm gili gətirdi ki, yəni bu təyin olunub müdir. İndi Kərəm gilnən əslində işdə otururduq mühasibat işini görürdük….Sonra obyektləri gəzəndə bunların iş qırmağını gördüm…yəni ki Elmar (dünyasını dəyişib) idi, Ömər (Qurbanov) idi, Elnur (Mehdiyev) idi birdə Əli (Əliyev Fəxrəddin oğlu) idi. Yəni bunlar hamısı yığışmışdılar elə bir şərait qurmuşdular ki konkret işi qırırdılar. |
Aqil Babayev | 00:10:29 | Məqsədə uyğun formada işi qırmağ |
Heydər Cəfərov | 00:11:31 | Yəni bizdən başqa idarə edən olmasın |
Aqil Babayev | 00:10:33 | Ömər, Balaban, Əli |
Heydər Cəfərov | 00:11:35 | Ömər, Balaban (Elnur Mehdiyev), Əli (Əliyev Fəxrəddin oğlu) birdə Elmar (dünyasını dəyişib)……. |
Heydər Cəfərov | 00:11:40 | Həkimdə (İlham Əsgərov) var idi onların arasında o ərəfədə, oda o vaxt işdiyib Keşlədə. |
Heydər Cəfərov | 00:11:45 | Yəni burda Ceyhun gələndə, Ceyhun ki işi bilirdi….o işin qırılmağını qoymadı…bunlar qıra bilərdilər. Kərəm gil ki qırağdan gəlmişdilər işdən anlayışları yox idi…. Kərəm zəng edirdi ki bəs Heydər qalmışam belə kömək elə onu belə edək bunu belə edək məndə zəng edirdim ki Elmara(dünyasını dəyişib), Bəhruza ki işi belə edək……onlarda orda Natiqi qınıyırdılar ki bu belə gətirib Kərəmi onu yoxluyur bunu yoxluyur, bizi yoxluyur…….deyir yaxşı olacaq, maaşıvız artıracaq….. |
Natiq Sadıqov | 00:12:31 | Maaşı bəhanə edir ki, yəni camaat onlara (Kərəm gilə) tərəf gedir, bizi əzirlər….maaşı bəhanə edir ki Kərəmi azdırsınlar. |
Heydər Cəfərov | 00:12:40 | Sonra Bəhruzla sproumuz oldu, mən zəng elədim ki bəs belə olmazda işi qırırlarda, o atıb gedir bu eləmir. Deyir sən gizlin gizlin geidrsən Mərdəkana (Şaurma N1-in filalı) onlarnan aparırsan, Zığa (Şaurma N1-in filalı) bizə xəbər vermirsən. Telefonda sproumuz oldu onuynan…həə qoşulmusan onlara…Kərəm kimdi….biz sənin qardaşlarınıq…Natiqdə uyub onlara…biraz sproumuz oldu qayıtdı ki sən mənimlə qrubu danışırsan….bir ildi belə danışırsan…..dedim bir ildi kin saxlamısan…səhv danışıram gəl denən…nəysə belə sporumuz oldu. Başdadı başqa temalara keçməyə….qayıtdı ki Əliyə demisən….mən burdan bazarlığ eləmirəm bazarlığın maaşını götürürəm…..ona buna elətdirirəm ancaq bazarlığın maaşın özüm götürürəm….Nəysə belə sproumuz oldu..bu elə bil gördü xod getmək keçmədi….nəsə söhbətimiz qurtardı. Məndə sizin yanınıza gəlib demək istəyirdim ki belədi də vəziyyət. Natiq belə deyir bunlar belə deyir….qardaşlar haqq deyir Natiq cahillərə qoşulub…qohumların yığır. Elə oldu ki Elnur Balaban öz hiyləgər taktikası ilə gəldi mənə dedi ki sən Bəhruza fikir vermə o əsəbləşib, oyan buyan sən belə danış… |
Aqil Babayev | 00:14:30 | Belə, yəni necə? |
Heydər Cəfərov | 00:12:32 | Yəni ki, həəə Bəhruz mənimlə elə danışır ki elə bil mən cujoyam…Bəhruz mənə deyir ki biz yığışırıq sən bizimlə deyilsən, qrupumuz var sən orda yoxsan. Məndə dedim ki Bəhruz nə sizin yığışmağıvızdan nədə qrupirovkanızdan xəbərim yoxdu…Havaxt vaxt cağırdın havaxt qrupa saldun mən gəlmədim. Həəə sonra Elnur biləndəki mən sizin yanıvıza gələcəm başdadı örgətməyə ki mən orda nə danışım…həəə get denən ki bunlar belə edir Kərəm gəlir camaata zülm edir….yəni ki burda maaşları Natiq azaldıb, payokları Natiq kəsib…indi bunlarda (Kərəm gil) gəlib ki biz maaşları artıracayıq, perspektiv yaradacağıq…yəni biz burda heç kimik…əslində bunlar hamısı Natiqin işididə…Natiq onları (Kərəm gili) təlimatlandırır. Bunlar gəlir onu gözdən salır, onu çəkir qıraqda pıç pıç edir |
Natiq Sadıqov | 00:15:44 | Mən işçilərdən məlumat yığırdım bunlar haqqında buda onların xoşuna gəlmirdi. |
Heydər Cəfərov | 00:15:48 | Həəə…o işçini çəkir filankəs barəsində danış….bunlar (Kərəm gil) gəlmişdilər proqram qurmağa…proqramı qursunlarda….bunlar indi gəlib fitnə yaradırlar…camaatı bir birinə vururlar….Natiqə düzgün məlumat vermirlər, səndə qoşulmusan getmisən onlarnan……belə söhbətlər elədi…məndə istiyirdim sizə çatdırım prosta gələ bilmədim sizin yanınıza…….elə sonradan məndə qoşuldum onlara başladım Natiqin dalınca danışmağa. |
Zamin İmanov | 00:16:29 | Axırda da onları mən cıxartdım 14 minlik pendir alınmışdı məsəl üçün May ayında, İyun ayında da 13 minlik, sonra İyul, Avqust ayında Ceyhun (Məhərrəmov) gələndən sonra 7 min, 6 min…..yəni ki mən o vaxtıda şübhələnmişdim ki nə qədər dağıdırda nətər olurda…..nə qədər pendir….. |
Aqil Babayev | 00:16:57 | Nə qədər pendir yemək olar…həəəə (sətir altı) |
Zamin İmanov | 00:16:58 | Bu qədər alver olub bu aylarda o biri aylarda (İyul-Avqust) ondanda cox alver olub |
Aqil Babayev | 00:17:01 | Pendiri yəqin Natiq yeyib, pendir yeyəndi axı o….yəqin ona göndəriblər 6 minlik pendiri (sətir altı) |
Natiq Sadıqov | 00:17:06 | Biz Zaminlə danışırdıq ki, biz Elmardan şübhələnirdik…bunların arasında deyirdin…deyirdilər əəə yoxe…prosta gicdi…bir nəfər podeşka eləmirdi ki bunu tutasan. |
Aqil Babayev | 00:17:16 | Sərf eləmir axı |