Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“AbzasMedia” əməkdaşlarının məhkəməsi başlayır

5-12-2024, 11:32   



İstintaq yekunlaşaraq məhkəməyə göndərilib

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbs olunan jurnalistlərin məhkəməsi başlayır. Nəşrin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Abbasova (Vaqifqızı), koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və Fərid Mehralızadənin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılacaq.

Bu iş Rasim Sadıxovun sədrliyilə, Leyla Əsgərova-Məmmədova və Novruz Kərimovdan ibarət hakimlər kollegiyasına həvalə olunub.

Korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia” işi üzrə həbslər 2023-cü il noyabrın 20-dən başlayıb. Öncə  Ülvi Həsənli və Məhəmməd Kekalov, ardınca Sevinc Vaqifqızı həbs edilib.
Daha sonra həbslər araşdırmaçı jurnalist Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova, Fərid Mehralızadə ilə davam edib. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb. Bir neçə ay sonra ittiham ağırlaşdırılıb.

Jurnalistlərə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə olunan vəsaitlərin leqallaşdırılması, vergidən yayınma və s. ilə bağlı əlavə ittihamlar verilib. Jurnalistlərə ittiham verilən maddələrin sanksiyasında 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

2023-cü il noyabrın 20-də Ülvi Həsənli saxlandıqdan sonra “AbzasMedia”nın ofisində axtarış aparılıb. Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub.

Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar