Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Maştağada ŞOK: dispanserdən şizofreniki qovublar

10-12-2024, 12:17   



Maştağada ŞOK: dispanserdən şizofreniki qovublar

Ruzigar Əmiraslan sosial media hesabında Maştağa əsəb-ruhi dispanserindən yazıb.

Hurriyyet.az bildirir ki, o, xəstə şəxsin icazəsiz evə buraxıldığını açıqlayıb.
“Yaxınım bu günlərdə öz yaşadığımız rayonun mərkəzi xəstəxanasının psixiatrı tərəfindən Maştağaya 21 günlük müalicə üçün təyinatla göndərilib. Əvvəllər də Quba psixonevrolojidə 2 dəfə müalicə alıb. Diaqnozu paranoik şizofreniyadır. Müalicəsinin 5-ci günü şöbə müdiri zəng edib bizə deyir ki, xəstəni buraxmışıq evə. 5 gündür orada yatdığı, bizdən xəbərsiz, pulsuz, yolu tanımayan xəstə adamı necə buraxa bilərlər? Səhiyyə Nazirliyinin “qaynar xətt”i zənglərə cavab vermir. Xəstəni itələyə-itələyə çıxarıb buraxıblar çölə…”/Tribunainfo.az/

facebook sharing button


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar