Nizami İcra Hakimiyyəti parkları da qazanc yerinə çevirib – FOTO, VİDEO

15-12-2024, 11:03   




Nizami İcra Hakimiyyəti parkları da qazanc yerinə çevirib – OTURACAQLARI SÖKÜB, “KARUSEL” QURAŞDIRIRLAR / FOTO, VİDEO

13.12.2024-cü il tarixində bir qrup sakin tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər bildirirlər ki, Nizami rayonunda - “Kapital bank”ın Nizami filialı ilə üzbəüz, Heydər Əliyev parkında gecə ilə oturacağı çıxarıb, yerinə “karusel” yerləşdiriblər:

“Biz sakinlərin tək istirahət yerimiz olan bu parkı da əlimizdən almaq istəyirlər. Onlar pul qazanacaq deyə biz sakinlər zülm çəkməliyik?! Belə getsə, tezliklə bizim kimi yaşlı adamlar üçün tək istirahət yeri ancaq mənzilimizin eyvanı olcaq.

Oturacağı çıxarıb, gecə ilə parka “karusel” yerləşdiriblər. Yəni oturacaqların sayını azaltmaqla, orta və yaşlı nəsillərin parkdan ayağını kəsirlər. Axı, bu qədərdə olmaz.

Ən maraqlısı isə odur ki, bu karusel işə düşən zaman oradakı ağaclar ona mane olacaq. Nəticədə isə, fürsətdən istifadə edib, bu ağacları da gedər-gəlməzə göndərəcəklər.

Şübhəsiz, bu cür özbaşınalıqlar Nizami rayon İcra Hakimiyyətinin razılığı ilə olur. Nizami rayon İcra Hakimiyyəti və Nizami Bələdiyyəsi öz maddi maraqları üçün biz yaşlıları parkdan didərgin salırlar.

Hörmətli redaksiya, sizdən xahiş edirik, bu müraciəti işıqlandırın, bəlkə istirahət parklarını qazanc yuvasına çevirənlərə qarşı bir tədbir görülə”.

Məsələ ilə bağlı Nizami rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, hər zaman olduğu kimi, zənglərimiz yenə cavabsız qaldı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar