Ekspert Gülər Əhmədovanı qəzəbləndirdi

28-04-2014, 17:49   
Ekspert Gülər Əhmədovanı qəzəbləndirdi
Fasilədən sonra məhkəmə prosesi davam etdirilib.

Prosesin davamında ekspert Məmməd Ramazanov dindirildi. O, vəkillərin və hakimin suallarını cavablandırdı.

Ekspertin sualların əksəriyyətinə “müəyyənləşdirə bilməmişik” cavabını verməsi Gülər Əhmədovanı qəzəbləndirdi.

Sabiq deputat dedi: “Mən sizin qeyri-məyyənliklərinizin ucbatından həbsdəyəm. Mənim üç övladım var”.

Prokuror G.Əhmədovaya icazəsiz danışdığı üçün xəbərdarlıq etdi. Bundan sonar məhkəmə prosesi sabah saat 15:30-a təxirə salındı.

Bakı Apelyasiya Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

Məhkəmə prosesində iştirak edən əməkdaşı xəbər verir ki, Hümbət Vəliyev prosesdə şahid qismində dindirildi.

Daha sonra isə Mərkəzi Ekspert İnstitutunun baş eksperti Lətif Əliyev sabiq deputatın vəkillərinin suallarını cavablandırdı.

Gülər Əhmədova prosesə müdaxilə edərək bildirdi ki, prokuror vəkillərin ekspertə ünvanladığı suallara çox aqressiv yanaşır: “Bunu başa düşə bilmirəm. Prokuror özünü konvoy kimi aparır. İndi ürəyim partlayacaq. Niyə danışmağa imkan vermirsiniz?!”

Hakim G.Əhmədovanın qanunlara əməl etməsini və icazəsiz danışmamasını tələb etdi. G.Əhmədova isə qanunların yalnız onun üçün olduğunu dedi.

Məhkəmə prosesində saat 15:00-dək fasilə verilib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.